"O, ağıllı adamdır" - Netanyahunun yanında Ərdoğanı təriflədi
Tarix: 08-04-2025 | Saat: 09:15
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb və Türkiyə ilə bağlı açıqlamalar verib.
aia.az xarici KİV-ə istinadən xəbər verir ki, həmkarı Rəcəb Tayyib Ərdoğanla əlaqələrinin çox yaxşı olduğunu vurğulayan Tramp Türkiyənin Suriyadakı rolunun çox əhəmiyyətli olduğuna da diqqət çəkib:
"Mənim böyük dostum var – onun adı Ərdoğandır. Mən onu çox istəyirəm. O da məni çox istəyir. Bizim heç vaxt problemimiz olmayıb. Suriyada baş verənlərdən sonra mən Ərdoğanı təbrik etdim: "Tarix boyu heç kimin edə bilmədiyini etdin" dedim. Ərdoğan möhkəm və ağıllı adamdır".
Netanyahunun "Suriyada Türkiyə ilə problemləri var" ifadələrinə cavab verən Tramp, "Türkiyə ilə Suriya mövzusunda hər hansı problemi həll edə biləcəyimi düşünürəm. Netanyahu, əgər sənin Türkiyə ilə problemin varsa, onu həll edə bilərəm", - qimətləndirməsini edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-04-2025