Mobil versiya
Polkovnik: "Düşmənin arzusu ürəyində qalacaq. Azərbaycan güclü atəş sistemi qurub"
Tarix: 04-02-2017 | Saat: 11:58
Bölmə:Siyasət | çapa göndər

Polkovnik: "Düşmənin arzusu ürəyində qalacaq. Azərbaycan güclü atəş sistemi qurub"







Son zamanlar Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi rəhbərliyinin, hərbi vəzifəli şəxslərinin və ekspertlərinin öz xalqını sakitləşdirmək üçün aprel döyüşləri zamanı Azərbaycan tərəfinin azad etdiyi torpaqları yenidən ələ keçirəcəklərini vəd etmələri artıq adi hala çevrilib.



Milli.Az xəbər verir ki, ermənilərin panorama.am saytında yer almış məlumatlarda separatçı Dağlıq Qarabağ rejiminin qondarma təhlükəsizlik şurasının katibi general Vitaliy Balasanyan yaxın zamanda hər şeyin öz yerinə qayıdacağını deyib.



Müxbirlərin Talış kəndi ilə bağlı sualını cavablandırarkən V.Balasanyan bildirib ki, guya Talış kəndi ilə bərabər Dağlıq Qarabağın hər yerində təhlükəsizlik hökm sürür. Eləcə də qondarma rejimin guya müdafiə naziri olan Levon Mnasakanyan erməni ordusunun günü-gündən təkmilləşdiyini deyib.



Erməni tərəfinin bu açıqlamalarına münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Ədalət Həsənov Milli.Az-a açıqlamasında bildirib ki, bütün bunlar boş vədlərdən başqa bir şey deyil:



"Aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət, Ermənistan ordusuna vurduğu zərbə hələ uzun müddət erməni tərəfini şok vəziyyətdə saxlayacaq.
Düşmən aprel döyüşləri zamanı itirdiyi mövqeləri ilk zamanda qaytara bilmədisə, aradan bu qədər vaxt keçdikdən sonra həmin mövqeləri geri qaytarması barədə danışmaları həqiqətə uyğun deyil və gülüncdür. Çünki Azərbaycan tərəfi artıq mövqelərdə tam möhkəmlənərək atəş sistemini yaradıb.



Ordumuz nəzarətə götürdüyü hakim yüksəkliklərdəki mövqelərindən qarşı tərəfin hər addımını daim nəzarətdə saxlayır. Düşmən tərəfin hər hansı bir taktiki fəaliyyətinin və təxribatlarının qarşısının alınması üçün Azərbaycan ordusu lazım olan bütün imkanlara malikdir.

Bu səbəblərdən də işğalçı ölkə rəhbərliyinin bu cür "ümidverici" danışması və xalqına vədverici açıqlamalar etməsinə baxmayaraq, bu, onların çin olmayan arzusu olaraq qalacaqdır".

İlkin İzzət

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024