Mobil versiya
Gürcüstanda Saakaşvilinin partiyası seçkilərdə iştirak edə bilməyəcək
Tarix: 28-03-2025 | Saat: 09:00
Bölmə:Dünya | çapa göndər

Gürcüstanda Saakaşvilinin partiyası seçkilərdə iştirak edə bilməyəcək

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" və ona bağlı partiyalar konstitusiyaya zidd elan olunacaq və bundan sonra seçkilərdə iştirak edə bilməyəcək.

aia.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib.

"İndiki mərhələdə aydındır ki, komissiyasının rəyi bu partiyaların konstitusiyaya zidd elan edilməsi üçün möhkəm hüquqi baza olacaq və mən əminəm ki, Konstitusiya Məhkəməsi obyektiv qərar verəcək", - Mdinaradze bildirib.

Beləliklə, "Vahid Milli Hərəkat" və ona bağlı partiyalar nəinki yerli özünüidarə orqanlarına seçkilərdə, heç bir başqa seçkidə iştirak edə bilməyəcəklər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə