Mobil versiya
Zelenski: “Putin tezliklə öləcək və hər şey bitəcək”
Tarix: 27-03-2025 | Saat: 09:10
Bölmə:Manşet / Dünya | çapa göndər

Zelenski:


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin tezliklə öləcəyini söyləyib.

aia.az xəbər verir ki, bunu dövlət başçısı “Eurovision News”un jurnalistləri ilə Putinin məqsədləri və qorxularından danışarkən deyib.

“O nədən qorxur – öz gücünü itirməkdən. Bu da cəmiyyətin sabitliyindən asılıdır, lakin onun yaşından da asılıdır – o tezliklə öləcək, bu faktdır və hər şey bitəcək”, – Zelenski müsahibəsində vurğulayıb.

72 yaşlı Putinin niyə “tezliklə” öləcəyini düşündüyünü Zelenski izah etməyib. BBC-yə görə, müsahibənin ümumi konteksti və bu ifadənin oradakı yeri Zelenskinin ən yaxın gələcəyi nəzərdə tutmadığını ehtimal etməyə imkan verir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə