Mobil versiya  Bazar günü, 30 mart 2025, 21:13:18  
"Ukraynanın ordunu maliyyələşdirməyə pulu yoxdur" - Zelenski
Tarix: 27-03-2025 | Saat: 09:04
Bölmə:Dünya | çapa göndər

"Ukraynanın ordunu maliyyələşdirməyə pulu yoxdur"  -

Ukraynanın daha ordunun maliyyələşdirilməsini təmin etmək üçün maliyyə resursları yoxdur.

aia.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Time” jurnalına müsahibəsində bildirib.

Onun fikrincə, Ukrayna ordusu Qərb dövlətləri, ilk növbədə, Avropa ölkələri tərəfindən maliyyələşdirilməlidir: "Hazırda problem budur, çünki ordumuz heç vaxt indiki qədər böyük olmayıb. Ordu üç dəfə böyüdükdə əlavə maliyyə vəsaiti lazım olur. Ukrayna büdcəsi onu həyata keçirmək üçün kifayət deyil".

Ukrayna lideri qeyd edib ki, Avropanın Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirə biləcək ayrıca proqramlar yaratmaq lazımdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə