Mobil versiya
Bakıda metro stansiyalarının girişləri nəzarətə götürüldü
Tarix: 03-02-2017 | Saat: 15:06
Bölmə:Karusel | çapa göndər

Bakıda metro stansiyalarının girişləri nəzarətə götürüldü




Havaların qarlı və şaxtalı olması nəticəsində bəzi metro stansiyalarının giriş-çıxışlarının qarla örtülməsinin qarşısını almaq məqsədilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) xüsusi qərargah yaradılıb.

Day.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, "Bakı Metropoliteni" QSC-nin briqadaları həmin ərazilərə cəlb edilib: "Ərazilər qardan təmizlənir. Qar intensiv yağdığı üçün bəzən giriş-çıxışların qarlı olması mümkündür. Xüsusilə, Depodan çıxan və Depoya qayıdan qatarların hərəkətini tam təmin etmək üçün yollar təmizlənir. Həmin yollar yerüstü olduğundan bu yollara qar daha çox yağıb. Hazırda qərargah fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir".

N.Paşayev bildirib ki, hazırda bütün stansiyaların giriş-çıxışları nəzarətə götürülüb və qar olan hissələr dərhal təmizlənir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024