Azərbaycanın iqtisadi gücünə və beynəlxalq nüfuzuna yeni töhfə
Tarix: 09-09-2025 | Saat: 12:24
Bölmə:Siyasət | çapa göndər

Məşhur Məmmədov,
Millət vəkili
Ölkə rəhbəri dünən İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması ilə bağlı Sərəncam imzaladı. İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi və bununla bağlı Təşkilat Komitəsinin yaradılması ölkəmizin beynəlxalq maliyyə-iqtisadi sistemində artan rolunun bariz göstəricisidir.
Qısa xatırlatma edim ki, İslam İnkişaf Bankı 1975-ci ildə fəaliyyətə başlamış, əsas məqsədi üzv ölkələrdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi, infrastruktur layihələrinin maliyyələşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və İslam maliyyə prinsiplərinin tətbiqinə dəstək göstərmək olmuşdur. Hazırda İİB 57 ölkəni birləşdirən geniş əməkdaşlıq platformasıdır və dünyanın ən nüfuzlu maliyyə institutlarından biri kimi tanınır.
Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür. Son 30 ildə İİB ilə tərəfdaşlıq ölkəmizdə kənd təsərrüfatı, infrastruktur, enerji, nəqliyyat, səhiyyə və digər strateji sahələrdə onlarla layihənin icrasına imkan yaradıb.
İİB Qrupunun növbəti illik toplantısının Bakıda keçirilməsi ilk növbədə Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir. Bu qərar həm də ölkəmizin iqtisadi inkişaf modelinə, sabit siyasi mühitinə və səmərəli idarəçilik təcrübəsinə beynəlxalq ictimaiyyətin verdiyi qiymətdir.
Toplantının ölkəmizdə təşkili Azərbaycanın regional iqtisadi mərkəzə çevrilməsini, beynəlxalq maliyyə əməkdaşlıqlarının möhkəmlənməsini, İslam maliyyə institutları ilə əlaqələrin genişlənməsini, yeni investisiya imkanlarının tanıdılmasını təmin edəcək.
Azərbaycan iqtisadiyyatının son illərdə qazandığı uğurlar — qeyri-neft sektorunun artımı, infrastruktur layihələrinin reallaşdırılması, tranzit-logistika imkanlarının genişlənməsi, yaşıl enerji strategiyasının tətbiqi, beynəlxalq tədbirlərin Bakıda keçirilməsi üçün əlverişli zəmin yaradır.
2026-cı ildə Bakıya yüzlərlə maliyyə naziri, mərkəzi bank rəhbəri, beynəlxalq investor və aparıcı ekspertin gəlməsi ökəmizə bir sıra mühüm üstünlüklər qazandıracaq:
Azərbaycanın turizm, logistika, enerji və sənaye potensialı qlobal auditoriyaya təqdim ediləcək. Bu da investisiya mühitinin təşviqinə rəvac verəcək.
İslam maliyyəsi sahəsində yeni mexanizmlərin tətbiqi imkanları yaranacaq. Bu imkanlar həm də maliyyə əməkdaşlığının güclənməsi deməkdir.
Tədbirin Baklda keçirilməsi iqtisadi diplomatiyanın möhkəmlənməsində də mühüm əhəmiyyət daşıyacaq. Bakı yeni qlobal müzakirələrin və qərarların qəbul edildiyi platformaya çevriləcək.
Yerli şirkətlərin beynəlxalq tərəfdaşlarla əlaqələri güclənəcək, bu isə qeyri-neft ixracının təşviqinə səbəb olacaq.
Bütün bunlar Azərbaycanın yüksəliş strategiyasının davamı olaraq ölkə iqtisadiyyatına mühüm tövhələr verəcək.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda son illərdə keçirilən beynəlxalq tədbirlər — BMT-nin “COP29” konfransı, Dünya Şahmat Olimpiadası, enerji forumları, Avropa Oyunları və digər tədbirlər ölkəmizi beynəlxalq əməkdaşlıq mərkəzinə çevirmişdir. İİB Qrupunun İllik Toplantıları da bu zəncirin məntiqi davamıdır.
Əminliklə proqnoz vermək olar ki, Azərbaycanın çiçəklənən iqtisadiyyatı, güclü sosial siyasəti, sabitlik və etibarlı tərəfdaşlıq mühiti gələn ilin tədbirlərinə xüsusi rəng qatacaq.
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi Azərbaycan üçün yalnız diplomatik uğur deyil, həm də yeni iqtisadi imkanların, beynəlxalq əməkdaşlıqların və investisiya axınının başlanğıcı olacaq. Bu tədbir ölkəmizin güclənən beynəlxalq mövqeyinin və şaxəli inkişaf edən iqtisadiyyatının daha bir sübutu kimi tarixə düşəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-09-2025