Mobil versiya
Komandan: Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır
Tarix: 09-09-2025 | Saat: 16:28
Bölmə:Gündəm | çapa göndər

Komandan:

Qanunvericiliyə görə hərbi rütbə vermək səlahiyyəti olan şəxsin həmin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti də olmalıdır.

aia.az xəbər verir ki, bunu Daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı Şahin Məmmədov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, daxili işlər nazirinin polkovnik və digər rütbələri vermək səlahiyyəti var:

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda həmin vəzifələrin aşağı salınması da müəyyən olunub. Daxili işlər nazirinə "Daxili qoşunlar haqqında" yeni qanun layihəsində polkovnik hərbi rütbəsindən başlayaraq aşağı rütbəli zabitlərin rütbələrini bir pillə aşağı salmaq səlahiyyəti verilməlidir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-09-2025