Mobil versiya
Pakistanda silahlı yaraqlılar 450 qatar sərnişinini girov götürüblər
Tarix: 11-03-2025 | Saat: 16:34
Bölmə:Özəl | çapa göndər

Pakistanda silahlı yaraqlılar 450 qatar sərnişinini girov götürüblər
Silahlı yaraqlılar Pakistanın Bəlucistan əyalətində 450 qatar sərnişinini girov götürüb, Daily Mail xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

Dəmiryol rəsmilərinin bildirdiyinə görə, Jaffar Express qatarı Bəlucistan əyalətinin Kvetta şəhərindən Hayber Paxtunxva əyalətinin Pişəvərə gedərkən yaraqlılar tərəfindən hücuma məruz qalıb. AFP-nin məlumatına görə, qatarın maşinisti yaralanıb, sərnişinlər isə girov götürülüb."Qatarda olan 450-dən çox sərnişin silahlı şəxslər tərəfindən girov saxlanılır", - Bəlucistan əyalətində yüksək vəzifəli dəmir yolu rəsmisi Məhəmməd Kaşif AFP-yə deyib.

Yaraqlılar Pakistan hakimiyyəti müdaxilə etməyə çalışarsa, girovları öldürəcəkləri ilə hədələyiblər.

Yüksək səviyyəli polis rəsmisi bildirib ki, yaxınlıqdakı xəstəxanalarda fövqəladə vəziyyət elan edilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-03-2025