Ana Sayfa > Özəl > Pakistanda silahlı yaraqlılar 450 qatar sərnişinini girov götürüblər
Pakistanda silahlı yaraqlılar 450 qatar sərnişinini girov götürüblərDünən, 16:34. Yazar: sevinc1 |
![]() Silahlı yaraqlılar Pakistanın Bəlucistan əyalətində 450 qatar sərnişinini girov götürüb, Daily Mail xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb. Dəmiryol rəsmilərinin bildirdiyinə görə, Jaffar Express qatarı Bəlucistan əyalətinin Kvetta şəhərindən Hayber Paxtunxva əyalətinin Pişəvərə gedərkən yaraqlılar tərəfindən hücuma məruz qalıb. AFP-nin məlumatına görə, qatarın maşinisti yaralanıb, sərnişinlər isə girov götürülüb."Qatarda olan 450-dən çox sərnişin silahlı şəxslər tərəfindən girov saxlanılır", - Bəlucistan əyalətində yüksək vəzifəli dəmir yolu rəsmisi Məhəmməd Kaşif AFP-yə deyib. Yaraqlılar Pakistan hakimiyyəti müdaxilə etməyə çalışarsa, girovları öldürəcəkləri ilə hədələyiblər. Yüksək səviyyəli polis rəsmisi bildirib ki, yaxınlıqdakı xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. aia.az Tərcümə şöbəsi Geri dön |