Mobil versiya
Bakıda şagird sinif yoldaşını bıçaqladı - Məktəbdə dava
Tarix: 03-02-2017 | Saat: 10:48
Bölmə:Cəmiyyət / Manşet | çapa göndər

Bakıda şagird sinif yoldaşını bıçaqladı - Məktəbdə dava





Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb.

“AİA.AZ” SalamNews-a istinadən xəbər verir ki, bu gün səhər saat 8 radələrində, dərs başlamamışdan əvvəl 9-ci sinif şagirdi Musayev Nemət Afiyəddin oğlu öz sinif yoldaşı Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Hadisəni törədən məktəbli isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Faktı məktəbin direktor müavini Yusifova Zərifə təsdiq edib. O, bildirib ki, hər iki məktəbli tərbiyəli şagird kimi xarakterizə olunurlar. Hadisə onlar aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024