Mobil versiya
ABŞ-da qum fırtınası yol qəzalarına səbəb olub
Tarix: 05-03-2025 | Saat: 16:10
Bölmə:Özəl | çapa göndər

ABŞ-da qum fırtınası yol qəzalarına səbəb olub

ABŞ-ın Nyu-Meksiko ştatını təsir edən qum fırtınası görmə məsafəsinin sıfıra enməsinə və yol qəzaları zəncirinə səbəb olub.Bazar ertəsi ABŞ-ın Nyu-Meksiko ştatının cənubunda qum fırtınası baş verib. Prospektləri, küçələri, magistral yolları qəhvəyi toz buludları bürümüşdü. Görünüşün sıfıra endiyi Rosvel şəhərində zəncirvari yol qəzaları baş verib. Bildirilib ki, yol qəzaları nəticəsində 2 nəfər xəsarət alıb.Meteorologiya xidmətinin xəbərdarlığından sonra bir çox sürücü avtomobillərini tərk edərək fırtınanın keçməsini gözləyib. Dexter Yanğın və Xilasetmə İdarəsinin rəisi Castin Pauel bölgədəki yolların bağlı olduğunu bildirib və hamını evdə qalmağa çağırıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025