Ana Sayfa > Özəl > ABŞ-da qum fırtınası yol qəzalarına səbəb olub
ABŞ-da qum fırtınası yol qəzalarına səbəb olubDünən, 16:10. Yazar: sevinc1 |
![]() ABŞ-ın Nyu-Meksiko ştatını təsir edən qum fırtınası görmə məsafəsinin sıfıra enməsinə və yol qəzaları zəncirinə səbəb olub.Bazar ertəsi ABŞ-ın Nyu-Meksiko ştatının cənubunda qum fırtınası baş verib. Prospektləri, küçələri, magistral yolları qəhvəyi toz buludları bürümüşdü. Görünüşün sıfıra endiyi Rosvel şəhərində zəncirvari yol qəzaları baş verib. Bildirilib ki, yol qəzaları nəticəsində 2 nəfər xəsarət alıb.Meteorologiya xidmətinin xəbərdarlığından sonra bir çox sürücü avtomobillərini tərk edərək fırtınanın keçməsini gözləyib. Dexter Yanğın və Xilasetmə İdarəsinin rəisi Castin Pauel bölgədəki yolların bağlı olduğunu bildirib və hamını evdə qalmağa çağırıb. aia.az Tərcümə şöbəsi Geri dön |