Arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir
Tarix: 17-02-2025 | Saat: 12:10
Bölmə:Siyasət | çapa göndər

Neft gəlirlərinin düzgün idarə olunması, infrastrukturun inkişafı, iqtisadi şaxələndirmə və beynəlxalq əməkdaşlıq siyasəti Azərbaycanın uğurlu inkişaf modelini formalaşdırıb. Afrika ölkələri, xüsusilə enerji resurslarına malik olanlar Azərbaycanın bu təcrübəsindən öyrənə və iqtisadi inkişaflarını sürətləndirmək üçün əməkdaşlıq imkanlarından faydalana bilərlər. Bundan başqa, Azərbaycan kənd təsərrüfatı, turizm və texnologiya sahələrində də təcrübəsini bölüşərək Afrika ölkələri üçün yeni imkanlar yarada bilər. Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmudun keçirdiyi görüşlərdə, mətbuata bəyanatında bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı, əməkdaşlığın daha da möhkəmləndirilməsində hüquqi baza olan sənədlərin imzalanması mərasimi keçirildi. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Belə bir əminlik ifadə edildi ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq. Prezident Hasan Şeyx Mahmud ilə görüşdə qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələlər artıq müzakirə edildi. İmzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq. Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır. İqtisadi əməkdaşlıqda enerji sektoruna xüsusi diqqət göstərilir. Hazırkı dövrün əsas çağırışı yaşıl enerjiyə keçiddir. Azərbaycanın bu sahədə mövcud imkanları məlumdur. Ölkəmizin ötən il yüksək səviyyədə ev sahibliyi etdiyi və enerji diplomatiyasında dönüş nöqtəsi, çoxtərəfliliyin təntənəsi kimi dəyərləndirilən COP29 tədbiri bütün imkanların təqdimatında, yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rol oynadı. Azərbaycanla Somali arasında imzalanan sənədlər sırasında bu sahədə əməkdaşlığın önəmi xüsusi diqqətdə oldu. Belə ki, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Somalinin energetika və su resursları naziri Abdullahi Bidham Varsame mübadilə etdilər. Fevralın 13-də Somali Prezidenti Hasan Şeyx Mahmud Səngəçal neft terminalında da oldu. Xəzər Enerji Mərkəzindən başlanan tanışlıqda qeyd edildi ki, Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən bu mərkəz ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir. Mərkəz 2005-ci ildə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Gürcüstan və Qazaxıstandan olan yüksəksəviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açıldı. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf etdi. Burada qonaqlar rəmzi nişan kimi öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrildi. Mərkəzin əsas məqsədlərindən biri Azərbaycanın neft və qaz sənayesinin 150 ildən çox olan tarixini nümayiş etdirməkdir. Ali qonağa respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verildi. Neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur mənbəyidir. Dünyada ilk dəfə mexaniki üsulla neft quyusu 1847-ci ildə Bibiheybət ərazisində qazılıb. XIX əsrə qədər dünyada hasil edilən neftin yarısı ölkəmizin payına düşüb. XIX əsrin ikinci yarısında xarici ölkələrin iş adamları Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Bunlara bütün dünyada tanınan Rotşildlər və Nobel qardaşlarını misal göstərmək olar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında neftin 75 faizini hasil edən Azərbaycan ordunu yanacaqla təchiz edərək, Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadənin təmin edilməsi məqsədilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Bu müqavilə ölkənin sürətli inkişafına təkan verərək, onu regional enerji mərkəzinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Bu gün Azərbaycan Ümummilli Lider Jeydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Yaşıl enerjiyə keçid bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyevin COP29-un Liderlər Sammitində qeyd etdiyi kimi Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq. Prezident İlham Əliyev mətbuata bəyanatında onu da qeyd etdi ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-02-2025
19-02-2025