Mobil versiya
Azərbaycanda bu obyektlər təhlükəli hesab ediləcək
Tarix: 14-02-2025 | Saat: 12:25
Bölmə:Parlament | çapa göndər

Azərbaycanda bu obyektlər təhlükəli hesab ediləcək

Azərbaycanda təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata alınacaq.

aia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Eyni zamanda layihəyə əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab ediləcək.

Qüvvədə olan qanuna əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-02-2025