Qəzzada İsrail tərəfindən öldürülən fələstinlilərin sayı 48 min 239-a yüksəlib
Tarix: 13-02-2025 | Saat: 18:49
Bölmə:Özəl | çapa göndər
![Qəzzada İsrail tərəfindən öldürülən fələstinlilərin sayı 48 min 239-a yüksəlib](/uploads/posts/2025-02/israilin-gazzede-katlettigi-filistinlilerin-sayisi-48-bin-239a-yukseldi-pqyt.webp)
İsrailin 471 günlük fasiləsiz hücumlarından sonra atəşkəsin əldə edildiyi Qəzza zolağında son 24 saatda dağıntılar altından çıxarılan 14-ü 17 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb.Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi, İsrail və HƏMAS arasında atəşkəsin 24-cü günündə İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı paylaşıb.Bildirilib ki, son 24 saat ərzində xəstəxanalara 17 ölü və 9 yaralı daxil olub. Həyatını itirənlərdən 14-ü dağıntılar altından çıxarılıb.
İsrailin Qəzza zolağına 7 oktyabr 2023-cü il tarixindən atəşkəs elan olunduğu 19 yanvara qədər davam edən hücumlarında həyatını itirən fələstinlilərin sayının 48 min 239-a, yaralıların sayının isə 111 min 676-ya yüksəldiyi bildirilib.
Yanvarın 19-da HƏMAS ilə əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasına baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozur.
Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş fevralın 11-də verdiyi yazılı açıqlamada atəşkəs razılaşmasından sonra İsrailin Qəzza zolağına birbaşa hücumları nəticəsində 92 fələstinlinin həyatını itirdiyini açıqlayıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-02-2025