Mobil versiya
Şolts: Ukraynanın NATO üzvlüyündən hələlik söhbət getmir
Tarix: 10-02-2025 | Saat: 09:47
Bölmə:Dünya | çapa göndər

Şolts:

Hazırda Ukraynanın NATO üzvlüyündən söhbət getmir.

aia.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Xristian Demokrat və Xristian Sosial İttifaqları blokundan kansler postuna namizəd Fridrix Merts ilə seçkiqabağı debatlar zamanı bildirib.

“Amerika hökuməti bunu ertələyir. NATO-nun qərarları belədir ki, bu bloklanmayacaq, lakin baxılmır da. Və ona görə də bu vəziyyətdə NATO üzvlüyündən söhbət getmir, mən bunu birbaşa bəyan edirəm”, – Şolts qeyd edib.

Bununla yanaşı, o vurğulayıb ki, hazırda söhbət Ukraynanın müdafiəsinin təmin edilməsindən gedir. Onun sözlərinə görə, Kiyevin “arxasında” hər hansı müzakirələr olmamalıdır.

“Bəzilərinin Ukraynanın ərazisindən güzəştə gedə biləcəyini söyləməsi xoşuma gəlmir. Bu da onların işidir”, – Şolts deyib. Eyni zamanda o bildirib ki, "Ukraynaya kömək göstərmək lazımdır ki, onun güclü ordusu olsun".

“Axı öz iqtisadiyyatı ilə o, özünümüdafiə üçün lazım olan bu miqyasda ordunu maliyyələşdirə bilməz. Bu, razılaşmalı olduğumuz birinci vacib məsələdir, həmçinin bunun ətrafında təhlükəsizlik zəmanətləri də var”, – Şolts vurğulayıb.

Merts də hesab edir ki, Ukraynanı hazırda Şimali Atlantika Alyansına qəbul etmək olmaz, çünki ölkə müharibə vəziyyətindədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-02-2025