Mobil versiya
Tapdıq Abbas namizədliyini 81 saylı Beyləqan DSK – dan irəli sürüb
Tarix: 18-09-2015 | Saat: 13:41
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər

Tapdıq Abbas namizədliyini 81 saylı Beyləqan DSK – dan irəli sürüb
Azərbaycanda 01 noyabr 2015 – ci il tarixdə keçiriləcək parlament seçkilərinə namizədlərin irəli sürülməsi prosesi getdikcə sürətlənir

YAP namizədlərin siyahısını açıqladıqdan sonra seçki prosesinə qoşulmaq istəyənlər öz namizədliklərini irəli sürməyə başlayıblar.

Qəzetimizin təsisçisi və baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Əməkdar Mədəniyyət işçisi”, Pedaqogika üzrə fəlsəfə doktoru, Qarabağ müharibə veteranı Tapdıq Əlikişi oğlu Abbas da seçki marafonuna qoşularaq 15 sentyabr 2015 – ci il tarixdə namizədliyini 81 saylı Beyləqan DSK – dan irəli sürüb.

Qeyd edək ki, Tapdıq Abbas 2000, 2005 və 2010 – cu il parlament seçkilərində fəal də iştirak etmiş, dairədəki seçicilərin əksəriyyətinin dəstəyini qazansa da, lakin parlamentə düşməyib.

Baş redaktora parlament seçkilərində uğur arzu edirik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024