“Bilirdim ki, evlənəndən sonra peşman olacam” - Ulvira+Fotolar
Tarix: 31-01-2017 | Saat: 17:11
Bölmə:Dünya / Karusel | çapa göndər
Teleaparıcı Ulvira Qarayevanın “Qafqazinfo”ya müsahibəsi:
-Xarici görünüşünüzdəki dəyişiklik sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Sizi üzünüzdə dəyişiklik etməyə nə vadar etdi?
- Burun əməliyyatına çoxdan girmək istəyirdim. Çünki burnum istədiyim kimi deyildi. Sizin vasitənizlə bütün xanımlara müraciət edirəm. Dodaqlarına müxtəlif mayelər doldurmasınlar. Dodaq get-gedə böyüyür, problemlər yaranır. Hər iki əməliyyat yaşla bağlı deyildi. Göz qapağımdakı ətlər əvvəldən var idi, yaş keçdikdən sonra bir az da artmağa başladı. O problemi aradan qaldırdım. Xarici görünüşümdən çox razı idim, ancaq əl gəzdirmək lazımdır. Uşaq deyiləm ki? Yaş özünü göstərir.
- Bəlkə sizi əməliyyat etdirməyə ətrafınızdakı insanlar sövq elədi? Burun və dodağınızı çox tənqid edirdilər?
-Heç kim heç nə demirdi, özüm istədim. Dodaq məsələsini əsas problem hesab edirdim. Sonuncu deyil, yenidən plastik əməliyyat etdirəcəm.
- Siz də əməliyyata bir layihə kimi baxırsız? Düşündünüzmü ki, əməliyyatdan sonra mətbuat sizdən yazacaq, müzakirələr başlayacaq və siz yenidən gündəmə gələcəksiz?
- Bu qədər reaksiya yaradacağına inanmırdım. Bir çox ulduz edib, ancaq onlarda səs-küy yaratmadı. Məndə isə fərqli oldu. Bəlkə də, xarici görünüşümdə çox dəyişiklik olub. Belə səs-küy yaradacağını düşünmürdüm. Bilirdim ki, media yazacaq, ancaq belə müzakirə olunacağımı təsəvvür etmirdim.
-Ancaq onu da deyim ki, sizi sosial şəbəkələrdə çox tənqid və təhqir edirlər. Bu kimi hallar psixologiyanıza təsir edir?
-Qətiyyən. Artıq başa düşmüşəm ki, rəy bildirən xanımlar mənim yerimdə olmaq istəyir. Sadəcə olaraq onların həyat şərtləri belə deyil. Acıqlarını, narazılıqlarını şərh yazaraq çıxarırlar. Əlbəttə, tənqidə açığıq. Bizi tənqid edənlərə normal baxırıq. Fikri çatdırmağın müxtəlif üsulları var. Aqressiv, özünə nifrət edən və nifrəti başqalarına yönəldərək özünü haqlı çıxaranlar var. Təhqir yazan bəyləri həyatda görmək istəyirəm. Burnumun ucunu görsələr həyatlarından keçərlər, sosial şəbəkədə qəhrəmanlıq edirlər. İstənilən halda bu, natamamlıq kompleksidir.
- Özünüz üçün bir statistika çıxarmısız? Qadınlar, yoxsa kişilər sizə daha çox xoşəgəlməz rəylər yazır?
-İnstaqram səhifəmdə şərh yazanlar tərif yazırlar, amma digər səhifələrdə həmin şəxslər ünvanıma tənqid yazırlar, səhifələrdə müzakirələrə qoşulurlar. Yəni, eyni insanlar özlərini fərqli ünvanlarda fərqli göstərirlər. Belə insanlar özlərinə hörmət qoymurlar. Xanımların bütün hissləri daha dərindir. Hamı bilir ki, xanımlar daha çox paxıldır. Bəylərdə isə belə şey yoxdur. Çünki xanımlar xarici görünüşə diqqət edirlər. Müharibələr xanımların rəyi ilə başlayır və bitir. Dünya budur, xanımlar hər zaman tarixin axarına yaxşı təsir etməyiblər. Onu da deyim ki, estetik əməliyyatdan çıxan xanımların əksəriyyəti bir-birinə bənzəyir. Bunu danmamaq lazımdır.
- Sizin xarici görünüşünüzlə yanaşı, iş yerinizdə də dəyişiklik oldu. ANS-dən sonra ARB-də işləməyə başladız. ARB yenidən qurulub və bir qədər gözlərdən kənar televiziyadır.
- Deməzdim, yenilik olandan sonra kanal çox dəyişdi. ARB mərkəzi kanallarla yanaşı eyni səviyyədə müzakirə olunur və baxılır. Ən məşhur insanlar bizim kanalda qonaq olurlar. Öz istəyimlə işə düzəlmişəm. Ciddi və iddialı bir televiziyadır. Heç kəs məni məcbur etməyib. Rəşad Məmmədovla çoxdan işləmək istəyirdim, danışıqlar aparırdım. Bu dəfə alındı.
- ANS-in eks-aparıcıları kanal bağlanandan sonra açıqlamalar verməyə başladılar. Bir növ dilləri açıldı, kanalda başlarına gələn haqsızlıqladan, ədalətsizliklərdən danışdılar. Orada vəziyyət necə idi?
- ANS TV-də vəziyyət hərbi sistem idi. İşləməkədə çətinlik çəkirdin. Demək olar ki, hərbi nizam-intizam var idi. Çox şeyi orada öyrəndik, biz rahat yaşamağa alışmışdıq, Ancaq o qaydalara əməl etdikdən sonra uğurlarımız bol oldu. Biz digər kanallara gedəndə uyğunlaşmağı da bacardıq. Deməzdim ki, kanaldan ayrılan aparıcıların hamısı narazıdır. Onlar şəxsi müstəvidə problemləri yarananlardır. Mənim ANS-də şəxsi problemlərim olmayıb, iş görmüşəm, maaşımı almışam. Bir neçə dəfə ANS-dən çıxmışam və yenidən qayıdıb işə başlamışam. Səbəblərini heç kim ağzımdan eşitməyib. Söyləmişəm ki, indiki mərhələdə kanal mənlə işləmək istəmir, xidmətlərimə ehtiyacı yoxdur. Əgər mən çıxma səbəbimi o vaxt açıqlamamışamsa, indi ANS bağlanandan sonra niyə deyim?
- Siz baxımlı bir xanımsız. Qızınız və özünüzün müəyyən qədər xərcləri olur. İşsiz qaldığınız müddətdə ehtiyaclarınızı necə ödəyirdiz? Əlavə bir biznesiniz varmı?
-Demək olar ki, xərcsiz bir insanam. Saç-makiyaja pul vermirəm, sağ olsunlar, hörmət edirlər. Evlə bağlı xərclər var. ANS-dən çıxandan sonra maddi dəstək alırdım. Biznesim yoxdur, ancaq qurmaq istəyirəm. Planımda var ki, təhsil mərkəzi açım.
- Necə bir dəstək? Oxucuların beynində sual formalaşacaq.
- Onu da özləri fikirləşsinlər. Hər şeyi çeynəyib ağızlarına qoymayaq.
- Qızınızla fotonuz mediada yayıldı, müzakirə mövzusuna çevrildi.
- Qızım sosial olmaqdan, diqqət mərkəzində qalmaqdan xoşu gəlmir. Keçən il bir foto çəkib paylaşmışdıq. Ölkədən gedirdi, Türkiyədə təhsil alacaqdı. Üstündən bir il keçib, bəzi saytlar həmin fotonu yenidən gündəmə gətirdi yazdı. O, mənə deyir ki, həyatın çox çətindir, hara gedirsənsə, bütün diqqətlər səndə olur. Möhkəm və güclü qızdır, özünü heç vaxt əzdirməz, fikrindən təsir altına düşərək çəkinməz. Bir çox şeylər bizim cəmiyyətdə qəbul olunmur, ancaq qızım bu məsələlərdə tolerantdır. Digər tərəfdən ətraf insanların fikirlərini qəbul etmir. Bundan başqa, sonradan ona vurulacaq zərbələri öncədən görür, belə bir addım atmır. Gəncdir, 17 yaşı var... Qızımla münasibətdə dostları sərhəddi keçmir, onları çox sevir. əylənir, gəzir və s.
- Siz daha çox “Toy olsun” verilişi ilə məşhurlaşmağa başladız. Ancaq düşünmürdüz ki, insanlar həmin verilişlə sizi qeyri-ciddi bir aparıcı kimi qəbul edəcəklər?
- Bəli, doğrudur. “Toy olsun”u aparanda məni şəxsən tanıyanlar deyirdi ki, sənin orada nə işin? Qeyri-ciddi tanıyırdılar. Veriliş iki il davam etdi, bağlandı. İstənilən layihənin ömrü var, insan kimidir. Yaşadı və öldü...
- Hər kəs verilişdə iştirak edən şəxslərdən danışır, birmənalı qarşılamırdılar. Çünki, qəribə xarakter və görünüşə sahib olan şəxslər ora cəmlənmişdi...
- Həyatdakı insanlar idi. Əslində, sıravi azərbaycanlılar həmin şəxsləri görmək istəmirlər. Ancaq həmin xarakter və görünüşdə olan insanlar var.
- Bəlkə də, sizin verilişlərinizdə Dəyanət Rzayev ekspert kimi çıxış edib. Onun bir neçə gün əvvəl intihar xəbərini eşitdik. Ancaq sosial şəbəkə istifadəçiləri bir psixoloqun bu cür addım atmasını qınayırlar. Siz bu barədə nə düşünürsüz?
- Psixoloq da insandır. Bəlkə də, o insan depressiyadan çıxmaq istəməyib? Psixoloq kimdən yardım alacağını yaxşı bilir. Rafiq Allahverdiyevdən psixoloji yardım ala bilərdi. Özü başa düşürdü ki, bu yol onu hara aparır. Peşəkar insan idi, yardım almağın yollarını gözəl bilirdi, amma etmədi. Belə daşa düşdüm ki, o insanın yaşamaq enerjisi sönmüşdü. İntiharların artmağı cəmiyyət üçün dəhşətli bir şeydir. Bizim bu məsələni araşdıran alimlərimiz yoxdur, hesabatlar hazırlanmır. Belə addımlar atılsaydı, müvafiq qurumlar müdaxilə edə bilərdilər. Alimlərimiz bir nəticə ortaya qoymur. İndi psixoloqun özünü öldürməsi bir nümunə oldu, ictimai bir fiqur idi.
- Siz nə vaxtsa, intihar etmək barədə düşünmüsüz?
- Heç vaxt! Hesab edirəm ki, hər insanı bir şey həyata bağlayır. Məni yaşamağa bağlayan var. Bəlkə də kimsə inanmaz, qeyri-səmimi bir şey başa düşə bilər. İntihar etmək fikrimdən keçməyib. Həyatı, yaşamağı sevirəm. Cəmi bir dəfə depressiyaya düşmüşəm. Həyatımda hər şey yaxşıdır, düşünürəm ki, evin içi çox önəmlidir. Amma özümün yaradıcı bir depressiyam var idi. Əyləncəli bir veriliş aparırdım. Proqramın ictimai yükü yox idi, beynim donmuşdu. Elə bilirdim ki, heç nə etmirəm. Düşünürdüm ki, mən heç nə etmirəm, yaradıcı böhran yaşayırdım. Həmin vaxt depressiyadan bir çıxış yolu tapdım. Dedim ki, nəvələrimi görmək istəyirəm.
- Sevmək demişkən, müsahibənizdə söyləmişdiz ki, vəhşi kişi axtarışındayam. O kişi tapılıb?
- (Gülür) Bilərəkdən elə demişdim, bilirdim ki, yanlış anlaşılacaq. Həyat eşqi ilə zəngin olan birini demək istəmişəm. İnsan nə istədiyini bilməlidir, çayı belə zövqlə içməlidir. Elə bil ki, yeməyin, çayın sonuncu dəfə dadına baxacaq, bir daha bu nemətlər olmayacaq. Yəni, insan elədiyi hər bir işdən zövq almalıdır. Mənə elə gəlir ki, insanlar arasında ən təhlükəli durum biganəlikdir. Həyata, xarici görünüşünə, yeyəcəyi yeməyə biganəlik və s. Demək istəyirəm ki, insan vəhşidirsə, hər şeydən zövq alacaq, doyunca edəcək. Biganəlik amorfluqdur. Vəhşilik yaşamaqdır, hər şeydən zövq almaqdır.
- Bir az da sosial şəbəkələrdən danışaq. Özünüz aktiv bir xanımsız və ictimai problemlərə, gündəmdə olan məsələlərə münasibət bildirirsiz.
- Mən sosial şəbəkələrdə istədiyimi yaza bilmirəm. Belə olsaydı məni topun ağzına bağlamışdılar, fitili hazır tutmuşdular. Hər şeyi yazmıram.
-Qınaqdan qorxursuz?
-Yox, media sifətiyəm, yazdıqlarım çox insanlara təsir edə bilər.
-Bəlkə də düşündüklərinizi sosial şəbəkədə ifadə etməməyinizin səbəbi ictimaiyyətin hələ də fərqli düşüncələrə hazır olmamasıdır?
- Cəmiyyətdə standart düşüncədə olan şəxslər çoxdur. İctimaiyyətin tam formalaşması üçün hələ 50 ilimiz var.
- Sizin üçün milli-mənəvi dəyərlər və mentalitet nə deməkdir?
- Mənim üçün milli mentalitetimiz muğamdır, muğamla formalaşan təfəkkürümüzdür. Avtobusda yaşlıya yer vermək, yerdə çörək görəndə götürmək, bir-birimizə sayğı göstərməkdi, böyüyə sayğıdır. Birinin başqasıyla sevişdiyi ilə maraqlanmaq tərbiyəsizlikdir. Geyiminə, düşüncə tərzinə qarışmaq da tərbiyəsizlikdir. İnsan birinci öz qüsurlarını tapmalıdır, üzərində işləməlidir. Öz üzərində işləmək çox maraqlıdır. Mənim də qüsurlarım var idi. Öz üzərimdə çalışdım, çox zövq aldım. İnsanın özüylə məşğul olmağı başqasıyla məşğul olmaqdan daha faydalıdır. İndi özümü sevirəm, özümə vurğunam. Amma uzun müddət çılğın dövrlərdə hər şeyə kəskin reaksiya verirdim, əsəbiləşirdim. İndiki Ulvira Qarayevaya vurğunam. Kim kimə hesabat verməlidir? Düzdü, şirin dedi-qodu etmək olar. Hadisə varsa, müzakirə var. Həmin müzakirəni dedi-qodu adlandırmaq olar. Ancaq qınaq etmək düzgün deyil. Əgər kimsə əsgər getmirsə, ona qız verilməməlidir. Baxın, bu şəxslər qınanılmalıdır. Biri başqasına qarşı satqınlıq edərsə, belə addım atılmalıdır. Yoxsa şəxsi həyatımda yaşananlar kimin nəyinə lazımdır? Öz işinizlə məşğul olun.
- Siz həm iş, həm də şəxsi həyatınızla gündəmə gəlirsiz. Məsələn, sonuncu ailə həyatınız media gündəmini zəbt etmişdi... Bundan başqa, bir növ insanlar tərəfindən qınandız. Özünüzdən yaşca kiçik olan bir bəyə ərə getdiniz...
- Ən az danışmaq istədiyim şey evlilik məsələsidir. Verdiyim qərar duman içində oldu. Bəli, heç kimlə qərar alanda hesablaşmıram. Təkcə ailəmdən başqa... Düşünürəm ki, qərar verəndə ailəmə nə kimi təsirləri olacaq. Evlənməyim ailəmə böyük mənfi təsir göstərdi. Həmin mərhələdən çıxdıq, ancaq kənar şəxslərin fikirləri mənə maraqlı deyildi. Qərar verdikdən sonra gördüm ki, ailəmə zərbə vurmuşam. Bəlkə də yeganə verdiyim qərara görə peşmanam. Bilirdim ki, evlənəndən sonra peşman olacam. Heç sevgi də yox idi. Dumanlanmış bir halda qərar verdim, o, mən deyildim.
- Bir çox populyar şəxslərlə ailə həyatı quran şəxslərin məqsədləri olur, onlar bir qədər PR arxasıyla qaçırlar. Keçmiş həyat yoldaşınız incəsənət dünyasına yaxın biri idi. Düşünmürdüz ki, məşhurlaşmaq üçün sizə yaxınlaşır?
-Təbii ki, düşünürdüm. İnsan məşhur olmaqdan ötrü bu qədər özünü öldürməz. Bir şəxs özünə bu qədər zərər verərmi?
- Sizə elə gəlmir ki, artıq dövr dəyişib. İnsanlar yeni çıxan müğənniləri, aparıcıları qəbul etmək istəmir. Onlar isə özlərini zorla sevdirməyə cəhd edirlər, hər yola əl atırlar, ancaq alınmır, yadda qalmırlar.
-Aparıcının yadda qalması layihədən asılıdır. Layihə elə olmalıdır ki, aparıcı və veriliş gündəmdə olsun. Ancaq təcrübədə o var ki, yaxşı layihəni aparıcı korlaya, uğursuz layihəni aparıcı qaldıra bilər. Mən hər zaman deyirəm ki, saç düzümünü, gəlinliyi reklam etmək üçün gözəl xanımları seçirlər. Ancaq həmin qızı sonra görsən tanımazsan. Bizim dərdimiz budur ki, informasiya verə bilmirik. İnsanları cəmiyyət sıxır, özlərini formalaşdıra bilmirlər. İnsanın sifəti şəxsiyyəti göstərir. Qızlarımız, oğlanlarımız var ki, özlərini tanımırlar. Bu insanlar özlərini inkişaf etdirmirlər. Ev yığışdırırıq, duş alırıq. Bir qədər daxili ekologiya ilə məşğul olmalıyıq. İnkişaf etmək lazımdır. Bizim aramızda orta əsrlərdəki kimi düşünən şəxslər var. Beynin inkişafına ictimai rəy imkan verməyəcək. Bu cür insanlar yadda qalmır.
İnsanların media sifətlərinə inamı azalıb. Mən elə bir jurnalist və aparıcı tanımıram ki, çıxıb sözünü desin və onun dediyi mütləq həqiqət kimi qəbul edilsin. Əslində, mütləq həqiqət deyilən bir şey yoxdur. 80 faiz inamdan söhbət gedir. Hesab edirəm ki, göz önündə yaşamaq asan deyil. Belə olanda hər sözünü ölçüb-biçirsən. Məsələn, mən bu günləri deyə bilərəm ki, fincanı yerə atıb sındıra bilmərəm. Ancaq sabah bunun başqa üsulunu tapıb edə bilərəm. İctimaiyyət isə bunu qəbul etmir, bir sözü fərqli deyirsənsə, anti-rəylər formalaşır, gözdən düşürsən. Başa düşmürlər ki, insan özünü inkişaf etdirir.
-Azərbaycan sənətkarlarının yaxşı bir sözü var: “Muğamı bilmədinsə, müğənni ola bilməzsən”. Bəs nəyi bilməsən aparıcı olmazsan?
- Yaranan qəfil situasiyaya reaksiya verə bilmirsənsə, aparıcı deyilsən. Danışıq qabiliyyətin yoxdursa, heç aparıcı deyilsən. Özün maraqsızsansa, həyatı boyu maraqlı verilişlər təqdim edə bilməyəcəksən. Bunlar çox önəmlidir.
Elvin Elxan
Fotolar: Nuran
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024