Mobil versiya
Abşeron Rayon Mərkəzi Xəstəxanasında MRT cihazı istifadəyə verilib. -Fotolar
Tarix: 14-01-2025 | Saat: 09:58
Bölmə:Ölkə | çapa göndər

Abşeron Rayon Mərkəzi Xəstəxanasında MRT cihazı istifadəyə verilib.

Abşeron Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlara əlçatan və yüksək keyfiyyətli xidmətin göstərilməsi məqsədilə ən son cihaz modellərindən olan maqnit rezonans tomoqrafiya (MRT) cihazı istifadəyə verilib. Artıq istər Abşeron rayonu ərazisində yaşayan vətəndaşlar, istərsə də tibb müəsissəsinə birbaşa müraciət edən vətəndaşlar ixtisaslı həkim tərəfindən göstəriş olarsa MRT müayinəsindən icbari tibbi sığorta çərçivəsində ödənişsiz yararlana biləcəklər.

Xatırladaq ki, maqnit rezonans tomoqrafiya insanların daxili quruluşuna baxmaq üçün daha çox tibbdə istifadə edilən, maqnetik dalğa prinsipi ilə çalışan bir müayinə metodudur. Miqren, baş ağrılarında, nevroloji xəstəliklərdə, beyin şişindən şübhələnilən xəstələrdə, epileptik növbə keçirən xəstələrdə, göz, qulaq, çənə oynağı problemi olan xəstələrdə, onurğa problemi, disk oynamaları və disk yırtıqlarında, bel, diz kimi oynaqlar və bağların qiymətləndirilməsində, idman yaralanmalarında, ürək xəstəliklərində, döş və qarın daxili orqan xəstəliklərində, sümük quruluş xəstəliklərində MRT aparıla bilər. Tam təhlükəsiz və ağrısız müayinə üsuludur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025