Mobil versiya
Azərbaycan Dövlət Aqrar Universitetində işə yeni qəbul olunmuş müəllimlərlə görüş keçirilib
Tarix: 02-09-2015 | Saat: 11:07
Bölmə:Təhsil / Aia TV / Karusel | çapa göndər



31 avqust 2015-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində müəllim vəzifəsinə qəbul olunmuş gənclərlə görüş keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov gəncləri şərəfli ad olan müəllim vəzifəsinə qəbul olunmaları münasibətilə ürəkdən təbrik edərək qeyd etdi ki, universitetdə müasir dünyagörüşlü, yüksək intellektə malik gənclərin elmi-pedaqoji fəaliyyətə cəlb olunması həyata keçirilən tədbirlərin ana xəttini təşkil edir. Bu məqsədlə 2015/2016-cı tədris ilində universitetə müəllimlərin işə qəbulun obyektiv və şəffaf formada həyata keçirilməsi, daha layiqli namizədlərin seçilməsi məqsədilə müsabiqə komissiyası yaradılıb. Komissiya seçim prosesində müəllimlərin müvafiq sahə üzrə bilik və bacarıqları ilə yanaşı, xarici dillərdən ən azı birini sərbəst bilmək və kompyuter bacarıqları meyarlarını əsas tutub. Müsabiqənin nəticələrinə əsasən bu il müəllim vəzifəsinə qəbul olunanlar son illərdə magistratura səviyyəsini bitirmiş, doktoranturada təhsil alan, habelə fəlsəfə doktorlarından ibarətdir. İşə qəbul olunmuş müəllimlər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirməklə göstərilən etimadı doğruldacaqlarına söz veriblər.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə