Mobil versiya
Azərbaycan sülh məsələsini önə çəkir
Tarix: 25-04-2024 | Saat: 20:42
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan sülh məsələsini önə çəkir

Ölkə Prezidenti cənab İlham Əliyevin 24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda etdiyi çıxışında və tədbir iştirakçılarının suallarını cavablandırarkən verdiyi detallı açıqlamalarda ölkəmizin yaşıl gündəliyi, Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət və sülh prosesinin gedişi, regional və qlobal əməkdaşlıq perspektivləri və digər önəmli məsələlər barədə ətraflı məlumatlar təqdim olunub. İlk növbədə dövlət başçısı COP29-un beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisi olduğunu qeyd etdi və bildirdi ki, hazırda hazırlıq işləri fəal şəkildə davam etdirilir.

Cənab Prezident həmçinin COP29-a ev sahibliyi edən ölkənin dövlət başçısı qismində Petersberq Konfransına dəvət olunduğunu açıqlayaraq, bu tədbirin Almaniyada təşkil edilən ənənəvi konfrans olduğunu və adətən COP-a ev sahibliyi edən ölkələrin prezidentlərinin oraya dəvət olunduğunu bildirmişdir. Cənab Prezident qeyd etdi ki, hazırda Azərbaycan-Almaniya əməkdaşlığı yaxşı məcrada inkişaf edir və burada qarşılıqlı iqtisadi maraq mövcuddur. Əməkdaşlıq, sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planlar mövcuddur.

Daha sonra dövlət başçısı son 9 ayda gedən proseslər barədə tədbir iştirakçılarını məlumatlandıraraq bildirmişdir ki, keçən ilin sentyabrından sonra keçən dövr ərzində çox önəmli hadisələr baş verib. Azərbaycan bütün ərazisində suverenliyini bərpa etmək üçün gərəkın mühüm addımlar atdı. İndi isə bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur. Qazaxın kəndlərinin geri qaytarılması və Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi isə Azərbaycanın böyük siyasi qələbələri kimi qiymətləndirilməlidir.

Əlbəttə ki, Azərbaycan iqlim dəyişikliyinin fəsadları ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyir. Eyni zamanda, bu, ölkəmiz üçün öz həqiqətlərini dünyanın diqqətinə çatdırmaq fürsətidir. COP29-a ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər.

Cənab Prezident xüsusi olaraq vurğuladı ki, COP29-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq Azərbaycan gündəliyə bir neçə əlavə edə bilər və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, ölkəmiz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandı. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və Azərbaycan da qarşılıqlı addımlar atdı. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada iki ölkə arasında etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024