"Premium Clinic"-dəki QALMAQALA XƏSTƏNİN İLTİZAMI İLƏ SON QOYULDU.
Tarix: 2-03-2018, 11:50 | Saat: 15:47:00
Bölmə:Səhiyyə | çapa göndər

"Premium Clinic"-dəki QALMAQALA XƏSTƏNİN İLTİZAMI İLƏ  SON QOYULDU.
Xəstə ilə həkim arasında iki aydan da artıq davam edən narazılıq sonda sülh razılaşması ilə nəticələndi. Belə ki, ötən ilin dekabr ayında Müqavilə üzrə də adı qeyd edilən səhiyyə ocağında cərrah işləyən 20 saylı şəhər poliklinikikasının həkimi Elçin Mahmudovun Astara rayon sakini Nurlan Mahmudovun burun nahiyəsində həyata keçirtdiyi əməliyyat nəticəsində ilk öncə ciddi narazılıq yaransa da bu narazılığın bir sıra həqiqi səbəbləri aşkar edildi.Belə ki, əməliyyattan sonrakı həkim təlimatına əməl etməyən xəstə bir sıra idman hərəkətlərini edərək hələ bitişməmiş yarada müəyyən qanaxmalara səbəb olmuş, daha sonra bunun qarşısını almaq məqsədilə digər səhiyyə müəssisəsinə aparılan xəstə Mahmudov Nurlan həkimlərin səyi nəticəsində yenidən yara yeri bərpa edilmişdir. Xəstənin digər yaxınları bunu ciddi hesab efərək ilk öncə narazılıq bildirərək şikayət eləmək qərarına gəlsə də, daha sonra cərrahiyəyə məruz qalan xəstənin məhz özü əməliyyatsonrası prosedura düzgün əməl etmədiyini , başqa sözlə həkim tapşırıqlarına riayət etməzliyi üzündən bu xoşagəlməz halla qarşılaşdığını qəbul edib sonda isə sözü gedən klinikanın bu işdə heçbir günahı olmadığını əsas gətirərək özü klinikaya gələrək şikayətçi olmaması barəsində müvafiq İltizamnaməsini yazaraq Klinikaya təqdim etmişdir.Və bütün bunların da həqiqətəuyğun olduğu ən əsası da ondan açıq-aşkar görünür ki, 26dekabr 2017-ci ildə Premium clinic-də cərrahiyə əməliyyatı edilən Xəstə Mahmudov Nurlan elə əməliyyatın səhərigünü ,27 dekabr tarixində özünü də yaxşı hiss etdiyindən öz razılığı ilə evə buraxılmışdır.Yəni, bir sözlə, bu Səhiyyə müəssisəsində əməliyyata məruz qalan xəstə, həkim işinin qeyri peşəkar olması nəticəsində yarasının yaxşı olmazlığından şikayət edərsə, bəs onda niyə bu əməliyyatsonra özünü yaxşı hiss edib səhərigün də sərbəst şəkildə öz arzusu ilə də evə necə buraxıla bilər?
Və bu qeyd edilənlərdən də sonda açıq-aşkar belə qənaətə gəlmək olar ki, ən həssas olan xarici orqanlar üzərində də aparılan cərrahiyyə əməliyyatından sonrakı xeyli müddət ərzində həkim təlimatına uyğun tapşırıqlara yüksək səviyyədə əməl edilməli,əks halda , hərhansı bir ağır fiziki hərəkət vəya işgörməsi nəticəsində qanaxmalara səbəb olmaqla yaranan hər hansı bir xoşagəlməz hal, artıq həkimin deyil, məhz xəstənin öz səhlənkarlığı və ehtiyatsızlığı üzündən baş vermiş olur.
Bir sözlə, bu baş verənləri də bir növ etirafxarakterli hal hesab edən Mahmudov Nurlan Tehrab oğlu Premium Clinic-dən heçbir narazılıq bildirmədən bu barədə də İltizamını yazaraq hal hazırda da sağlamlığı yerində olaraq ev şəraitində həyatını normal şəkildə davam etdirir.

Xəyyam Qurbanlı



5343 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
21-09-2018
20-09-2018
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930