Mobil versiya
Fuat Oktay: Qarabağ məsələsi həll olundu, hazırda proseslərin növbəti mərhələsi gedir
Tarix: 25-04-2024 | Saat: 14:33
Bölmə:Siyasət | çapa göndər

Fuat Oktay:

“Dünyada baş verən bütün münaqişələr Türk dünyasına da bilavasitə təsir göstərir”.

aia.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Komitə sədri Fuat Oktay bugünkü birgə mətbuat konfransında bildirib.

O həmçinin Türkdilli dövlətlər arasındakı əməkdaşlıq imkanlarından danışıb:

“Burada söhbət birtərəfli əlaqələrdən getmir. Bizim bölgəyə nəzər salsaq, burada baş verən hadisələr: Rusiya-Ukrayna müharibəsi, İran-İsrail gərginliyi və bu kimi digər məsələlər bütövlükdə Türk dünyasına təsir edir. Lakin hər problemin həlli yolu var. Azərbaycanla Ermənistan arasında olan Qarabağ məsələsi həll olundu və hazırda ölkələr arasındakı proseslərin növbəti mərhələsi gedir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin geniş iqtisadi potensialı var. Bu potensialı əməldə istifadə etdiyimiz zaman atacağımız addımlar dünyada sülhün təşviqinə geniş imkanlar yaradacaq”.

Milli Məclisin Komitə sədri Səməd Seyidov isə əlavə edib ki, Ermənistan-Azərbaycan normallaşması Türk dövlətləri arasında da regional əməkdaşlıq imkanlarının artırılmasına töhfə verəcək:

“Sabah biz hamımız Ağdam, Xankəndi və Şuşaya gedəcəyik. Bu, özü böyük bir tarixi hadisədir. Bizim birgə toplantımızın daha bir mənası ondan ibarətdir ki, dünyada mövcud olan ikili standartlara qarşı təkbaşına mübarizə aparmaq çox çətindir. Nə qədər ki, biz birlikdəyik, bu kimi olaylarla mübarizə aparmaq da bir o qədər rahat olacaq” - deputat belə deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024