Mobil versiya
“Rəhbərlik “Neolit”dəki insident barədə məlumatlıdır” - Çeçen nazir
Tarix: 16-02-2019 | Saat: 10:30
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Rəhbərlik “Neolit”dəki insident barədə məlumatlıdır” - Çeçen nazir


Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya üzrə naziri Cambulat Umarov açıqlama verib.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, nazir yaranmış vəziyyətə görə narahatlığını ifadə edib.
"Çeçenistan Respublikasının rəhbərliyi hadisə barədə məlumatlıdır. Bizim nümayəndələr münaqişənin təfərrüatı və baş vermiş insidenti törədənləri axtarır", - deyə nazir bildirib.

Qeyd edək ki, Moskvanın cənub-şərqindəki Peçatnik rayonunda 100-ə yaxın şəxsin iştirakı ilə kütləvi dava və silahlı insident baş verib. Hadisə nəticəsində 10 nəfər yaralanıb, 20-si isə saxlanılıb. Silahlı atışma Peçatnik rayonunun Kuryanova küçəsində azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” restoranında qeydə alınıb. 14 fevral "Valentin günü" ilə əlaqədar restoranda çoxlu müştəri olub. Lakin qəfildən bıçaqla və travmatik tapança ilə silahlanmış bir qrup çeçen restoranı basaraq, oradakı bütün müştəriləri küçəyə çıxmağa məcbur edib. Daha sonra restoranın əməkdaşlarına qarşı hücuma keçiblər. Atışmadan və kütləvi davadan sonra çeçenlər müşahidə kameralarının video yazılarını özlərini ilə götürərərk hadisə yerindən qaçıblar.

Şahidlərin sözlərinə görə, atışma zamanı restoranın sahibi Yaşar Əliyev yaralanıb. Restorandakı insidentdən sonra Peçatnik rayonunda daha bir atışma olduğu, azərbaycanlıların maşınla çeçenləri təqib etdikləri iddia olunur.

aia,az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024