Dövlət Komitəsinin işinə kölgə salmağa çalışanlar hansı məqsədləri güdürlər..?
Tarix: 9-01-2019, 12:39 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər

Dövlət Komitəsinin işinə kölgə salmağa çalışanlar hansı məqsədləri güdürlər..?




Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovaya qarşı bəzi saytlarda düzənlənən əsassız hücumlar nəticə etibarı ilə bu sahədə ölkədə yürüdülən dövlət siyasətinə qarşı düşünülmüş ola bilər

Mövzuya dair saytımızda bundan öncə dərc etdiyimiz yazılarda da biz dəfələrlə belə bir fikir ifadə etmişik ki, bu gün Azərbaycan mətbuatında müxtəlif qurum və təşkilatların, eləcə də bu qurumlara rəhbərlik edən şəxslərin fəaliyyətini heç bir konkret fakta əsaslanmadan, heç bir tutarlı dəlil gətirmədən, sadəcə şayiə və uydurmalara bağlanaraq tənqid hədəfinə çevirmək kimi bir tendensiya müşahidə olunmaqdadır. Yeni ilin ilk günlərindən belə “tənqidçi”lər tərəfindən hücumlara məruz qoyulmuş dövlət qulluqçularından biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova oldu.

Qısa arayış:

Qəhrəmanova Sədaqət Məmmədyar qızı 1949-cu ildə Şəmkir rayonunda anadan olmuşdur. 1966-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhər 2 saylı orta məktəbini, 1970-ci ildə Bakı Neft Texnikumunun Əli Bayramlı şöbəsini, 1977-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. Əmək fəaliyətinə Əli Bayramlı şəhər 2 saylı orta məktəbində dəstə rəhbəri kimi başlamışdır. 1967-ci ildən Əli Bayramlı şəhər partiya və icraiyyə komitələrində məsul vəzifələrdə işləmişdir. 1978-1995-ci illərdə Əli Bayramlı Şəhər Partiya Komitəsinin katibi, Xalq Nəzarəti Komitəsinin sədri, şəhər XDS-nin İcraiyyə Komitəsinin sədri, 1995-2005-ci illərdə Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 2005-ci ildən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinidir. Ailəlidir, 4 övladı var.

İlk baxışda düşünmək olardı ki, ömrünün böyük bir hissəsini dövlət qulluğunda, vətənə və xalqa xidmətdə keçirmiş, bu günün özündə də ailə, qadın və uşaq problemləri kimi son dərəcə vacib sahədə çalışan, bu istiqamətdə ölkəmizdə yürüdülən dövlət siyasətinin həyata keçirilməsində danılmaz xidmətləri olan bir xanım ən azından bəzi “tənqid həvəskarları”nın “qara siyahısı”na salınmaqdan sığortalanmış ola bilərdi. Amma görünən budur ki, bu həvəskarlar həqiqətən də ağı qaradan seçməkdə heç maraqlı deyillər. Halbuki, Sədaqət Qəhrəmanovanın indiyədək müxtəlif sahələrdə göstərdiyi gərgin və məhsuldar fəaliyyəti, eləcə də təltif olunduğu yüksək dövlət mükafatları bu xanımın keçdiyi mənalı və şərəfli həyat yolu, onun ləyaqət təcəssümü olan şəxsiyyəti barədə dolğun fikir yaratmaq üçün kifayət qədər yetərlidir.

Azərbaycanda dövlət qadın siyasəti çox uğurla həyata keçirilir

Bu ifadə hələ bir neçə il bundan əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilmiş konfranslardan birində Sədaqət Qəhrəmanovanın etdiyi çıxışda öz əksini tapmışdı. Həmçinin Sədaqət xanım o zaman jurnalistlərə verdiyi müsahibəsində bildirmişdi: “Keçirdiyimiz bu konfrans Azərbaycanda qadınların kişilərlə bərabər dövlətimizin, ölkəmizin inkişafındakı əhəmiyyətli rolundan bəhs edir. Gənc qızlarımızın, qadınların bələdiyyə strukturlarına seçilməsi, bələdiyyə sədrləri kimi fəaliyyət göstərmələri bizi çox qürurlandırır. Qadınların belə tədbirlərdə cəsarətlə öz fikirlərini bölüşməsi, gələcək perspektivlə bağlı düşüncələri gördüyümüz işlərin heç də əbəs olmadığını sübut edir. Bütün bunlar ölkəmizdə aparılan dövlət qadın siyasətinin bariz nümunəsidir. Bu gün Azərbaycan qadını ölkə həyatının hər bir sahəsində, hər bir strukturda fəal təmsil olunub. Müstəqil Azərbaycanda qadınlara yaradılan şərait, hüquqi bazada yeni qanunların işlənib qəbul olunması və həyata keçirilməsi bu sahədəki uğurlarımızın məntiqi nəticəsidir”.

Təbiiki, bu fikirlərə şərik olan hər bir vətəndaş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin necə mühüm, dövlət əhəmiyyətli bir sahədə fəaliyyət göstərdiyini və bununla bağlı Komitənin rəhbər vəzifəli şəxslərinin üzərinə necə böyük bir məsuliyyət yükünün düşdüyünü aydın dərk etməlidir. Xüsusən də bir məqamı qeyd etmək lazımdır ki, əgər bu fəaliyyət dövlətimiz və ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilirsə, artıq bu faktın özü vəzifəli şəxsin işinin səmərəlilik göstəricisi kimi qəbul olunmalıdır.

“Şöhrət” ordenli Əməkdar dövlət qulluqçusu

Bəzi insanlar onları əhatə edən informasiya bolluğu içərisində düzgün seçim etməkdə, onlara ən azından öz işlərində lazım ola biləcək məlumatları əldə etməkdə çətinlik çəkirlər. Halbuki, Azərbaycan Respublikasının dövlət mükafatları barədə məlumatlara ictimai fəaliyyətlə məşğul olan hər bir peşə sahibi, xüsusən də jurnalist peşəsinə iddialı olanlar mütləq şəkildə malik olmalıdırlar.

Belə ki, Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statusu barədə məlumatda deyilir: “Azərbaycan Respublikasının “Şöhrət” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə;

sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə;

sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;

elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.”

Həmçinin daha bir dövlət mükafatı, “Əməkdar dövlət qulluqçusu” fəxri adı dövlət qulluğunda xüsusi xidmətlərinə görə, icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən dövlət qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə verilir.

Məlum olduğu kimi, Sədaqət Qəhrəmanova 2008-ci ildə ölkənin inkişafında rolu nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

2017-ci ildə isə, Sədaqət Qəhrəmanovaya dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilmişdir.

Bu gün isə, bəzi qaragüruhçular Sədaqət xanımın ölkə və dövlət qarşısında xidmətlərini bir kənara qoyaraq, bu “Şöhrət” ordenli Əməkdar dövlət qulluqçusunun fəaliyyətini məhz onların təklif etdikləri hansısa meyarlar əsasında qiymətləndirməyin daha düzgün olduğuna ictimaiyyəti inandırmağa çalışırlar.

Belə getsə, yaxın gələcəkdə bu “ekspertlər” ali dövlət mükafatlarının təqdim edilməsi üçün müəyyənləşdirilmiş meyarların ümumiyyətlə yenidən formalaşdırılması, həm də bu işin məhz onların özlərinə həvalə edilməsi iddialarını da ortaya qoya bilərlər. Diqqətli olaq!..

aia.az
Həsən Əsədov
Aynur Musayevaшаблоны для dle 11.2



5153 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

18-01-2019
17-01-2019
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
{sape_links}{sape_article}