Mobil versiya
Mədəniyyətimiz – milli sərvətimizdir!
Tarix: 29-11-2018 | Saat: 12:28
Bölmə:Manşet / Ölkə / Seçilənlər-5 | çapa göndər

Mədəniyyətimiz – milli sərvətimizdir!



Ağstafa Regional Mədəniyyət İdarəsi regionda milli-mədəni irsimizin qorunub saxlanması, müasir mədəniyyətimizin daha da inkişafı yönümündə səmərəli fəaliyyət göstərir

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir.

Bu gün Azərbaycanda mədəniyyət sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət Nazirliyi tərəfindən milli-mədəni irsimizin qorunub saxlanması və daha da inkişafı, bu zəngin irsin dünyaya tanıdılması istiqamətində məqsədyönlü işlər görülür. Bu baxımdan Mədəniyyət Nazirliyinin struktur bölmələrinin, o cümlədən ölkənin rayon və bölgələrində fəaliyyət göstərən Regional Mədəniyyət İdarələrinin işi də xüsusi əhəmiyyət kəsb edir.



Məlum olduğu kimi, Regional Mədəniyyət və Turizm İdarələri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 01 yanvar 2017-ci il tarixindən formalaşmışdır. Həmin vaxtdan ötən müddət ərzində mədəniyyət və turizm sahəsində şəffaf və səmərəli idarəetmə sisteminın formalaşdırılması yolunda xeyli işlər görülmüşdür. Bu sahədə özünün effektiv işi ilə diqqəti cəlb edən qurumlardan biri də Ağstafa Regional Mədəniyyət İdarəsidir.

Qeyd etmək lazımdır ki, Ramiz Quliyevin rəhbərlik etdiyi bu idarə Ağstafa, Qazax və Tovuz rayonlarında mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi yönümündə kifayət qədər səmərəli fəaliyyət göstərir. Hazırda idarənin tabeliyində 6 muzey, 3 mərkəzləşdirilmiş kitabxana sistemi, 3 Heydər Əliyev Mərkəzi, 6 Uşaq musiqi məktəbi, 3 rəsm qalereyası və 3 Mədəniyyət Mərkəzi fəaliyyət göstərməkdədir.

Ağstafa Regional Mədəniyyət İdarəsinin fəaliyyəti həm də mütəmadi olaraq keçirilən müxtəlif tədbirlərlə çox zəngindir.

“Elm, maarif, mədəniyyət çeşməsi!”



28 noyabr 2018-ci il tarixdə E.Hüseynov adına Qazax rayonu Mərkəzi Kitabxananın Uşaq şöbəsi Qori Müəllimlər Seminariyasında yerləşən Şəhid Abbasəli Məhərrəmov adına Qazax rayonu Yuxarı Əskipara kənd tam orta məktəbin müəllim və 9, 10-cu sinif şagirdləri ilə birlikdə Qori Müəllimlər Seminariyasının Qazax filialının açılışının 100 illiyinə həsr olunmuş “Elm, maarif, mədəniyyət çeşməsi!” adlı görüş keçirib. Görüş iştirakçilarına Qori Seminariyasının yaranma tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan mədəniyyətinin, elminin simvoluna çevrilən Qazax Müəllimlər Seminariyasının yaranması, fəaliyyəti elm və təhsil tariximizdən işıqlı bir xətlə keçir.

“Bölgələrdən-bölgələrə”



Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tapşırığına əsasən “Bölgələrdən-bölgələrə” konsert proqramı 21noyabr 2018-ci il tarixdə F.Əmirov adına Gəncə Dövlət Flarmoniyasının “Xəmsə” estrada qrupunun konsert proqramı Qazax rayon Mədəniyyət Mərkəzində təşkil edilmişdi. 22 noyabr 2018-ci il tarixdə isə Ağstafa Regional Mədəniyyət İdarəsinin musiqi kollektivi Gəncə şəhərində konsert proqramı ilə çıxış etmişdir. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin mədəniyyət işçiləri iştirak etmişlər. Konsert proqramında musiqili proqram ilə yanaşı balaca rəqqasların da çıxışları hər kəsin marağına səbəb olub.

“Daim zirvələrdə ucalasan üçrəngli bayrağım!”

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 07 noyabr 2018 ci il tarixdə Dövlət Bayrağı Günü münasibəti ilə Tovuz rayon Qovlar şəhər uşaq musiqi məktəbinin müəllim və şagirdləri N sayli Hərbi Hissədə konsert proqramı ilə çıxış etmişlər.



8 noyabr 2018-ci il tarixdə isə, Qazax rayon Heydər Əliyev Mərkəzində Milli Bayrağımızın yaranması günü ilə əlaqədar “Daim zirvələrdə ucalasan üçrəngli bayrağım” başlıqlı tədbir keçirilmişdir.Tədbirdə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin şagird və müəllimləri iştirak etmişlər. Tədbirdə çıxışlar olmuş, bayrağımızın yaranma tarixindən ətraflı məruzə edilmişdir. Daha sonra Q.Hacımahmudova adına məktəbin şagirdləri bayrağa həsr olunmuş ədəbi-bədii kompozisiyalar və şerlər nümayiş etdirmişlər. Bayrağa həsr olunmuş filmin nümayişi ilə tədbir sona çatdırılmışdır.



Yuxarıda qeyd edilən bu tədbir və görüşlər Ramiz Quliyevin rəhbərlik etdiyi Ağstafa Regional Mədəniyyət İdarəsinin son bir ay ərzində göstərdiyi fəaliyyətinin az bir hissəsini əks etdirən epizodlardır. Bununla belə, artıq bu epizodlar da İdarə tərəfindən regionda milli-mədəni irsimizin qorunub saxlanması, müasir mədəniyyətimizin daha da inkişafı yönümündə kifayət qədər səmərəli işlər görüldüyünü deməyə əsas verir. Öz növbəmizdə biz də Ağstafa Regional Mədəniyyət İdarəsinin bütün kollektivinə və ilk növbədə idarənin rəisi Ramiz Quliyevə onların bu çətin, lakin maraqlı və lazımlı işlərində yeni-yeni nailiyyətlər diləyirik.

aia.az

Elbrus Bağırov
Elman Hüseynov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə