Mobil versiya
Bloomberg: Apple Vision Pro 2 2027-ci ildən tez buraxılmayacaq
Tarix: 29-04-2024 | Saat: 18:40
Bölmə:Özəl | çapa göndər

Bloomberg: Apple Vision Pro 2 2027-ci ildən tez buraxılmayacaq

Apple 2026-cı ilin sonuna qədər Vision Pro qulaqlıqlarının ikinci nəsil versiyasını buraxmağı planlaşdırmır. Bu barədə MacRumors tanınmış insayder və Bloomberg müxbiri Mark Qurmanın yeni Power On bülleteninə istinadən xəbər verir.Qurman yazıb ki, Apple-ın Vision Pro yol xəritəsinin yeni versiyası "hazırda 2026-cı ilin sonuna qədər ikinci nəsil modeli ehtiva etmir". Eyni zamanda, 2024-cü ilin fevralında o, ən yaxşı halda Vision Pro 2-nin orijinal cihazın buraxılmasından 18 ay sonra, yəni 2025-ci ilin yayında təqdim ediləcəyini güman edirdi.

Qurmanın mənbələrinə görə, Apple hələ də cihazın daha ucuz versiyasını bazara çıxarmaq üçün bir yol tapmağa çalışır. Lakin şirkət bu problemin həllində ciddi nailiyyətlər əldə etməyib.Qurmanın yeni hesabatı digər məşhur insayder Ming-Chi Kuonun proqnozu ilə səsləşir. Bu ilin fevralında o bildirib ki, onun fikrincə, əhəmiyyətli dəyişikliklərə malik yeni Vision Pro modelləri 2027-ci ilə qədər kütləvi istehsala keçməyəcək.

Ola bilsin ki, Apple-ın planları Vision Pro-nun digər ölkələrdə buraxılmasından sonra dəyişsin. Çin və İngiltərə kimi bir sıra bölgələrdə yeni məhsulun iyunun 10-da başlaması planlaşdırılan WWDC 24 konfransından əvvəl satışa çıxarılacağı gözlənilir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024