Mobil versiya
“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimovun müsahibəsi
Tarix: 09-04-2020 | Saat: 16:29
Bölmə:Ölkə | çapa göndər

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimovun müsahibəsi





- Qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

- Koronavirus pandemiyası təəssüf ki, dünya ölkələrinin bir çoxuna bu gün insanlıq faciəsi yaşatdı. Avropada, Çində neçə min insan bu virusun qurbanı oldu. Azərbaycanın aidiyyatı orqanlarının zamanlı müdaxiləsi və ön profilaktik tədbirləri ölkəmizin İtaliya və İspaniya kimi ölkələrinn acı təcrübəsini keçməyə qoymadı. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın tətbiq etdiyi profilaktik tədbirlər də virusun kütləvi yayılmasının qarşısını almaq üçün hesablanıb. Hələ ki, cəmiyyətimizin bir şansı var bu virusdan qorunmağa. Ona görə də vətəndaşlarımızdan bu şansı dəyərləndirib “evdə qal” kampaniyasına qoşulmağı məsləhət görərdim. Evdə qalıb həm özümüzü həm doğmalarımızı qoruyaq.

- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Ölkə başçısı İlham Əliyev siyasi dəyişikliklərə hələ növbədənkənar parlament seçkiləri ilə başlamışdı. Bundan əlavə kadr islahatları, gənclərin potensialının dəyərləndirilməsi şübhəsiz ki, siyasi partiyalardan da yan keçə bilməzdi. Keçmədi də. Prezident Adminstrasıyasının “Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin partiyaları tanışlığa dəvət etməsi iqtidarın siyasi mədəniyyət və dəmokratiya şəraitində ölkənin daxili və xarici siyasətinə fayda vermək kimi xoş niyyətini ortaya ortaya qoydu. Buna görə də adı çəkilən şöbənin təşkilatçılığı aparılan danışıqları və fəaliyyəti müsbət qiymətləndirirəm.

- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

- Parlamentdə fərqli iqtidar, müxalifət eyni zamanda bitərəf partiyaların da təmsilçiliyi növbədənkənar parlament seçkilərinin müəyyən qüsurlarla da olsa şəffaf keçirildiyini göstərir. İnanıram ki, fərqli siyasi baxışlı insanları parlamentdə bir araya gətirən, onlara etimad göstərib, güvənib seçən Azərbaycan xalqı onların diqqət və qayğısını hiss edəcək.

- Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?

- Tibbi maskaların istehsalı ölkəmizdə maska qıtlıqını aradan qaldırılması və gələcəkdə də yoluxmadan qorunmada vacib olduğu üçün çox əhəmliyyətlidir. Ümumiyyətdə istənilən daxili istehsal ölkə iqtisadiyyatının gücünə güc qatdığı üçün yerində alınmış və təqdirəlayiq qərardır. Eyni zamanda 65 yaşdan yuxarı şəxslərin də həbsdən azad olunması ahıl insanlara diqqətlə yanaşı, həm də onların yoluxma riskinin yüksək olması ilə əlaqədar digər məhbusları da yoluxdura bilmə və qapalı şəraitdə virusun sürətlə yayılma təhlükəsinin qarşısının alınmasına yönəlmişdir. Bu, statusundan asılı olmayaraq Dövlətin hər vətəndaşa eyni qayğı ilə yanaşmasının gostəricisidir.

Zaur Vəliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024