Mobil versiya
Nardaranda dəhşət! Oğul 77 yaşlı anasını öldürüb meyitini yandırdı
Tarix: 20-05-2019 | Saat: 09:49
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Nardaranda dəhşət!


Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Rayonun Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb.

Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024