"Mənim üçün önəmli olan "Qarabağ"ın tarix yazmasıdır" - Rəşad Sadıqov
Tarix: 9-11-2018, 13:00 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

"Mənim üçün önəmli olan "Qarabağ"ın tarix yazmasıdır" - Rəşad Sadıqov

"Oyundan öncə özümüzü hazırlamışdıq ki, matç gərgin keçəcək. Dünən axşamkı məşqdə də meydançanın donduğunu gördük. Ona görə də buna hazır idik. Rəqib də evdə oynayırdı deyə bilirdik ki, daha istəkli və aqressiv olacaqlar. Düşünürəm ki, fərqli və maraqlı oyun oldu. Bütün komanda yoldaşlarımı təbrik edirəm, yaxşı çıxış etdilər. Meydançanın hər qarışı uğrunda mübarizə apardılar. Bunun da sonunda yaxşı nəticə əldə etdik".

Qol.az-ın məlumatına görə, bu sözləri"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin turunda səfərdə Ukrayna "Vorskla"sını 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.


- Bu gün müdafiənin mərkəzində Yakub Jezniçak ilə tandeminiz yaxşı alındı. Bu barədə nə deyə bilərsiniz?
- Biz əvvəllər də bir neçə oyunda birlikdə oynamışdıq. Bədavi Hüseynov zədəli olanda, "Atletiko" və elə "Vorskla" ilə ev oyununda da birlikdə oynadıq. Komandada stoper mövqeyində rəqabət güclüdür. Baş məşqçi Qurban Qurbanov da rotasiyalar edir və kimə şans verirsə meydana çıxıb əlindən gələni etməyə çalışır.


- Meydanın donması və sürüşkən olması oyununuza necə təsir etdi?
- Topa nəzarət etmək biraz çətinləşdi. Amma bu oyunun sürətli olmasına da şərait yaratdı. Çox sayda ikili mübarizələr olurdu. Düşünürəm ki, maraqlı oyun oldu.


-Qrupdan çıxmaqla bağlı şanslarınız necədir?
- "Sportinq"in səfərdə "Arsenal"dan xal alması işləri bir az dəyişdi. Düzdür şanslarımız elə də çox deyildi, amma indi daha da çətindir. Biz də "Sportinq"lə evdə oynayırıq yaxşı nəticə qazanmağa çalışacağıq.


-Bu gün Avroliqalardakı 99-cu görüşünüzü keçirdiniz. 100-cü görüş "Sportinq"ə qarşı ola bilər. Bu oyun sizin üçün nə qədər xüsusi olacaq?
- Mənim üçün ən önəmlisi o olardı ki, "Qarabağ" daha bir tarix yazsın və "Sportinq" kimi komandadan xal və xallar alsın. Əsas önəmli olan budur.

aia.azшаблоны для dle 11.2



531 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2018
14-11-2018
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
{sape_links}{sape_article}