Mobil versiya
Bərdəd məktəblilərin VII ənənəvi rayon birinciliyi keçirilib
Tarix: 21-11-2017 | Saat: 11:23
Bölmə:İdman | çapa göndər




20 noyabr 2017-c il tarixdə şəhid Alı adına Bərdə şəhər 5№li tam orta məktəbdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd səmasında ermənilər tərəfindən vurulmuş helikopterdə həlak olanların xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə məktəblilərin VII ənənəvi rayon birinciliyi keçirilmişdir.

Həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə şəhid Alı adına Bərdə şəhər 5№li tam orta məktəbin direktoru Teymur Həmidov açaraq iştirakçıları məktəb kollektivi adından salamladı. O, tədbirin əhəmiyyətini vurğulayaraq, yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində belə tədbirlərin vacibliyindən danışdı.

Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov Qarakənd faciəsi haqqında məlumat verərək qeyd etdi ki, bu tədbirin keçirilməsində əsas məqsəd faciə qurbanlarının xatirəsini bir daha yad etmək, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirməkdən ibarətdir. Sonra o, prel döyüşlərində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən gənclərin hərtərəflı inkişafı üçün göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı.

Bərdə rayon Təhsil şöbəsinin metodisti, yarışın baş hakimi İsa Abbasov yarış barədə komandalara ətraflı məlumat verdi.

Birincilik təşkilatçılar tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirilmişdir.

Yarışın yüksək səviyyədə keçirilməsi və iştirakçıların göstərdiyi nəticələrini qiymətləndirilməsi məqsədi ilə aşağıdakı tərkibdə hakimlər heyəti təyin edilmişdir:

1.Abbasov İsa Böyükkişi oğlu - Təhsil şöbəsinin metodisti - baş hakim

2.Qasımov Aydın Qnyaz oğlu - Gənclər və İdman idarəsinin rəis müavini - hakim

3.Rəsulov Anar Həsən oğlu - Təhsil şöbəsinin metodisti - hakim

4.Abdullazadə İsmayıl Akif oğlu - Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi - hakim

5.Şükürov Yavər Cəfər oğlu - gənclərin çağırışaqədərki hazırlıq fənni müəllimi - hakim

Yarış pnevmatik tüfəngdən hər iştirakçıya 3 güllə olmaqla 6 metr məsafəyə atəş açmaqla keçirilmişdir. Hər komandada 2 oğlan və 2 qız iştirak etmişdir.

Daha yaxşı nəticə göstərən G.Qarayev adına Mustafaağalı kənd tam orta məktəbinin komandası I yeri, Y.Kərimov adına kənd tam orta məktəbinin komandası II yeri və İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbinin komandası isə III yeri tutmuşlar. Oğlanlar arasında N.Nərimanov adına Bərdə şəhər 3№li tam orta məktəbin komandasının üzvü Yaşar Mahmudov, qızlar arasında isə G.Qarayev adına Mustafaağalı kənd tam orta məktəbinin komandasınin üzvü Aytən Mahmudova daha çox xal toplayaraq birinci olmuşlar.

Qalib komandalar və yüksək nəticə əldə etmiş şagirdlər Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunmuşlar.

aia.az













Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024