Prezident İlham Əliyev 13 rayonda içməli su ilə təminatının yaxşılaşdırılmasına 12,5 milyon manat ayırıb
Tarix: 9-04-2018, 18:31 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Prezident İlham Əliyev 13 rayonda içməli su ilə təminatının yaxşılaşdırılmasına 12,5 milyon manat ayırıb



Prezident İlham Əliyev əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon (on iki milyon beş yüz min) manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.



Rayon

Yaşayış məntəqəsinin adı

1

Ağcabədi (Taxtakörpü)

Laçın obaları

2

Ağdam

Əfətli (Hacıturallı)

Üçoğlan (Ballar)

3

Ağstafa

Köçvəli

Yeni gün

4

Balakən

Sarıbulaq

5

Bərdə

Arabaçılar

Hacılar

6

Göyçay

II Ərəbcəbirli

7

İsmayıllı

Zoğallıq

8

Quba

Ağbil

Alekseyevka

Möhüc

Talabıqışlaq

9

Qusar

Aşağı Ləyər

Samur

10

Lerik

Geskon

Molalan

Sors

Şingədulan

11

Şəmkir

Tatarlı

12

Tərtər

Evoğlu

Mamırlı

Poladlı

Təzəkənd

13

Tovuz

Cilovdarlı

Əlimərdanlı

Xatınlı

Qaraxanlı

Qədirli

Cəmi:

13

30

aia.azшаблоны для dle 11.2



5145 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
14-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}