Mobil versiya
600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verilib - RƏSMİ
Tarix: 07-05-2024 | Saat: 15:31
Bölmə:Ölkə | çapa göndər

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verilib -

Bu günə qədər 600-dən çox sürücü taksi fəaliyyəti göstərmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək icazə əldə edib.

Bu barədə aia.az-a AYNA-dan bildirilib.

Qeyd edək ki, bu ilin aprel ayından AYNA taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlayıb. "İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər //e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024