Mobil versiya
AzTU ilə Bakı Gəmiqayırma Zavodu arasında əməkdaşlıq memorandumu imzalanıb -Fotolar
Tarix: 07-05-2024 | Saat: 15:08
Bölmə:Təhsil | çapa göndər

AzTU ilə Bakı Gəmiqayırma Zavodu arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Gəmiqayırma Zavoduna səfər edib.

aia.az xəbər verir ki, səfər zamanı AzTU nümayəndələri zavodun İdarə Heyətinin sədri Elşad Nuriyev və əməkdaşlarla görüşüblər.

Görüşdə universitet-sənaye işbirliyinin inkişafı, AzTU-nun bakalavr tələbələrinin zavodda istehsalat, magist tələbələrinin elmi-tədqiqat təcrübəsi keçmələri, doktorantların elmi-tədqiqat işlərinə cəlb olunmaları istiqamətində fikir mübadiləsi aparılıb. Bundan başqa, birgə konfransların, karyera sərgilərinin keçirilməsi də müzakirə olunub.

Görüşün sonunda universitetlə müəssisə arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Daha sonra AzTU-nun nümayəndə heyəti zavodun ərazisini gəzib, burada görülən işlərlə tanış olublar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024