Ana Sayfa > Gündəm > Prezident İlham Əliyev 13 rayonda içməli su ilə təminatının yaxşılaşdırılmasına 12,5 milyon manat ayırıb
Prezident İlham Əliyev 13 rayonda içməli su ilə təminatının yaxşılaşdırılmasına 12,5 milyon manat ayırıb9-04-2018, 18:31. Yazar: admin |
Prezident İlham Əliyev əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon (on iki milyon beş yüz min) manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır. № Rayon Yaşayış məntəqəsinin adı 1 Ağcabədi (Taxtakörpü) Laçın obaları 2 Ağdam Əfətli (Hacıturallı) Üçoğlan (Ballar) 3 Ağstafa Köçvəli Yeni gün 4 Balakən Sarıbulaq 5 Bərdə Arabaçılar Hacılar 6 Göyçay II Ərəbcəbirli 7 İsmayıllı Zoğallıq 8 Quba Ağbil Alekseyevka Möhüc Talabıqışlaq 9 Qusar Aşağı Ləyər Samur 10 Lerik Geskon Molalan Sors Şingədulan 11 Şəmkir Tatarlı 12 Tərtər Evoğlu Mamırlı Poladlı Təzəkənd 13 Tovuz Cilovdarlı Əlimərdanlı Xatınlı Qaraxanlı Qədirli Cəmi: 13 30 aia.az Geri dön |