Mobil versiya
MÜHARİBƏ BAŞLADI: ilk gündə 5 ölü, 9 yaralı
Tarix: 30-01-2017 | Saat: 14:25
Bölmə:Manşet | çapa göndər

MÜHARİBƏ BAŞLADI: ilk gündə 5 ölü, 9 yaralı




Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, anti-terror əməliyyatları qərargahı ötən gün ərzində 5 Ukrayna hərbçisinin həlak olduğunu, 9-nun yaralandığını açıqlayıb.
Ən gərgin vəziyyət Avdeyevka şəhəri yaxınlığında qeydə alınıb. Ukrayna hərbçiləri ilə separatçılar arasındakı döyüşdə 4 Ukrayna hərbçisi həlak olub, 5 nəfər yaralanıb.
Qeyd edək ki, Donbasda genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanacağına dair iddialar son günlər artıb. Ötən həftə Ukraynanın xarici işlər naziri Pavel Klimkin “5-ci kanal”ın efirində deyib ki, Rusiya öz qoşunlarını Ukrayna ilə sərhəddə yerləşdirməklə açıq şəkildə genişmiqyaslı müdaxiləyə hazırlaşdığını göstərir.
Daha əvvəl isə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik Kiyevdə brifinqdə bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə 10,5 mindən çox hərbi qulluqçunun daxil ediləcəyi motoatıcı diviziya formalaşdırır. Onun sözlərinə görə, diviziyadan Ukraynanın şərqində döyüş əməliyyatlarında istifadə olunacaq.
Ömər Dağlı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə