Mobil versiya
Azərbaycanda zəncirvari qəza: 1 ölü, 2 yaralı
Tarix: 14-05-2016 | Saat: 20:03
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycanda zəncirvari qəza: 1 ölü, 2 yaralı





Biləsuvar rayonunda birnəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun 94-cü kilometrliyində qeydə alınıb.
Beləki, Cəlilabad rayonunun Adnalı kənd sakini, 58 yaşlı Əlifağa Həsənağa oğlu İsayev idarə etdiyi "Qazel" markalı yükmaşını ilə Bakı istiqamətində hərəkətdə olarkən həmyerlisi, 32 yaşlı Vüsal Füzuli oğlu ibrahimovun idarə etdiyi "Mercedes" markalı avtomobilə, sonra Quba rayon sakini, 54 yaşlı Həmzə Bəxtiyar oğlu Ağayevin idarə etdiyi "Siat" markalı avtomobilə çırpılıb. Daha sonra Biləsuvar rayon sakini, 56 yaşlı Kamal Müctəba oğlu Abdullayevin idarə etdiyi "Peugeot" markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində "Peugeot"-nun sürücüsü dünyasını dəyişib. "Qazel"in sürücüsü və onun oğlu, 28 yaşlı Elməddin Əlifağa oğlu İsayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları, Salyan və Biləsuvar rayonlarının təcili yardım maşınları cəlb olunub.
Xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalan meyit çıxarılaraq aidiyyati üzrə təhvil verilib. Yaralılar isə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan Elməddin İsayevin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

18:47

Biləsuvar rayonunda vətəndaşlara məxsus "QAZEL" markalı yük avtomobili, "SEAT","PEUGEOT" və "MERSEDES" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nəticədə "PEUGEOT" markalı avtomobilin sürücüsü Abdullayev Kamal Müştabə oğlu sıxılıb qalmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyati üzrə təhvil verib.

Əməliyyat saat 14:03-də başa çatıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024