Mobil versiya
“Lokomotiv” - “Fənərbaxça” oyununu iki min polis qoruyacaq
Tarix: 25-02-2016 | Saat: 14:13
Bölmə:İdman / Manşet / Karusel | çapa göndər


Türk həmkarların dəvət edilməsi haqqında qərar qəbul edilib.

Bu gün Moskvada “Lokomotiv” və “Fənərbaxça” futbol klubları arasında keçirilən matç zamanı asayişi iki minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı qoruyacaq.

Aia.az xəbər verir ki, bu barədə “İnterfaks”a paytaxtın baş polis idarəsindən bildiriblər.

“Futbol matçı keçirilərkən, asayişin və vətəndaşların təhlükəsizliyinin qorunması üçün iki minə yaxın polis əməkdaşı, daxili qoşunların hərbçiləri və mühafizə təşkilatlarının əməkdaşları cəlb ediləcək”, - mətbuat xidmətinin əməkdaşı bildirib.

Onun sözlərinə görə, matça idman tədbirlərində qaydalara riayətin təmin edilməsində təcrübəyə malik dörd türk polisindən ibarət heyət gələcək.

“Bu komandalar arasında İstanbulda keçirilən ilk oyunda Rusiya polisinin zabitləri yardımından sonra türk həmkarlarının dəvət edilməsi barədə qərar qəbul edilib. Rusiya DİN bir qrup hüquq-mühafizə orqanı əməkdaşlarının Avropa Liqasının 1/16 mərhələsində “Lokomotiv”-“Fənərbaxça” komandaları arasıda cavab matçıda asayişin qorunmasının təmin edilməsi üçün Moskvaya ezamiyyə edilməsinə dair təklif göndərib”, - nazirliyin nümayəndəsi bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə