Mobil versiya
Saatlı yollarında atışma: Yaralı var
Tarix: 21-02-2016, 09:55 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 / Karusel | çapa göndər

Saatlı yollarında atışma: Yaralı var
Şirkət avtomobilinə hücum olub.

Dünən günorta saatlarında Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində Saatlı rayonundakı mağazalardan satış pulunu götürərək geri qayıdan “Azərsun” şirkətinin İmişlidəki ofisinin əməkdaşının idarə etdiyi VAZ-2107 markalı avtomaşına silahlı basqın edilib.

Aia.az Virtualaz.org-a istinadən xəbər verir ki, şirkət işçisinin idarə etdiyi avtomobili saxlatdıraraq qarət etmək istəyən basqınçılar buna nail ola bilmədikdə həmin maşını izləməyə başlayıblar.

Lakin bunun da nəticə vermədiyini gördükdə, yanaşı sürərərk sürücü-ekspeditora tüfəngdən atəş açıblar.

Sürücü yaralansa da, avtomaşını dayandırmadığından niyyətlərini həyata keçirə bilməyən cinayətkarlar ələ keçməkdən qorxaraq hadisə yerindən uzaqlaşıblar.

Hal-hazırda Saatlı və ətraf rayonların polisi basqınçıların istifadə etdikləri VAZ-2107 avtomobilinin və cinayəti törədənlərin axtarışlarına başlayıblar.

Xəsarət almış “Azərsun” şirkətinin əməkdaşı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə zamanı şirkət işçisi maşında tək olub.



5528 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30