Mobil versiya
Hansı kafe-restoranlarda yemək yeyək? - Diqqətli olun!
Tarix: 17-01-2020, 16:00 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Hansı kafe-restoranlarda yemək yeyək? -


Kafe və restoranlarda menyuya baxanda, az sonra yeyəcəyimiz yeməyi təsəvvür edirik. Bəs yediyimiz yeməyin hazırlanmasında istifadə olunan qidaların keyfiyyətindən, təzəliyindən, təmizliyindən əminikmi?



Modern.az xəbər verir ki, son zamanlar restoran işçiləri və aşpazlar təəccübəndirici etiraflar edir. Bu etiraflar əsasən restoranlarda uzaq durmalı olduğumuz qidalarla bağlıdır.



Restoranlarda sifariş verərkən diqqətli olmalı olduğunuz məqamları təqdim edirik:



Kahı çox vaxt yaxşı yuyulmadığına görə mikroblar qatlarda qalır. Yaxşı yuyulanda da yumşalmış hala gəlir. Üstəlik üzərinə mayonezli sous da əlavə olunursa, nəticəni təsəvvür edin.

Hər restoranın menyusunda çox satılan yeməklər var və bu yeməklər daha çox yeyildiyi üçün təzə məhsullardan hazırlanacağını düşünürük. Halbuki çox satılan yeməklər adətən əvvəldən hazırlanır və qablaşdırılaraq sonradan müştərilərə verilir. Ona görə də menyudakı daha az məşhur olan yeməyi seçmək lazımdır. Həmin yeməklər böyük ehtimalla sifariş olunduqdan sonra hazırlanacaq.



Restoranlarda buz adətən krant suyuyla hazırlanır və bu su təmizlənmiş deyilsə, bakteriya daşıma ehtimalı var. Ona görə də içkilərinizə buz qoydurmaq məsləhət deyil.



Bəzi yeməklərin yanında balaca kasalarda souslar da verilir. Bu kasalar hər müştəri üçün özəl olmaya bilər. Boş kasada qalan mayonezin üzərinə yeni mayonez əlavə edilib, başqa müştəriyə servis edilə bilər.

Az bişmiş qırmızı ət problem yaratmaz, amma az bişmiz toyuq təhlükəli ola bilər. Sümüklü toyuq ətlərinin çölü yaxşı bişsə də, içi çiy qalır. Əslində toyuq yeməkləri adi reseptlərlə bişirilir. Ucuz məhsullarla hazırlanmış, heç bir özəlliyi olmayan yeməklər yemək istəmirsinizsə, toyuq sifariş etməyin. Yesəniz də, yaxşı bişib-bişmədiyindən əmin olun.



Bir restoran dəniz məhsulları ilə məşhur deyilsə, menyusundakı dəniz məhsulları çeşidlərindən uzaq durmağınızda fayda var. Çünki çox vaxt həmin məhsulların təzəliyi ilə bağlı problem yaşanır. Yaxud da menyudakı balığın əvəzinə bilmədən daha ucuz başqa bir balığı yeyə bilərsiniz.

File olaraq təqdim edilən böyük balıqların tərkibində bol miqdarda parazit ola bilər. Bu parazitləri yeməyinizlə birlikdə yemək istəmirsinizsə, güvənmədiyiniz yerdə balıq yeməyin.



Xüsusi olaraq restoranın müştəriləri üçün hazırlanmırsa, dondurmaya verdiyiniz pula və aldığınız kaloriyə dəyməz. Çünki böyük ehtimalla marketdən yarı qiymətinə ala biləcəyiniz dondurmanı yeyəcəksiniz.



Mətbəxində xüsusi pizza sobası olmayan restoranlarda yeyəcəyiniz pizzalar adətən dondurulmuş gətirilir və sifarişlə isidilir. Yenə həm ləzzətsiz, həm də çox kalorili bir yemək yemiş olursunuz.



İçkinizin yanında verilən fındıq, fısdıq, kartof çipsi kimi qidalar çox vaxt sizdən əvvəlki müştərinin artıq qalan çərəzləri ilə birləşdirilir. Artıq qalanlar qablara doldurulur, ertəsi gün başqa müştəriyə verilir. Kim bilir, həmin çərəzlərə sizdən əvvəl kimlər toxunur?



Şorbası ilə məşhur bir məkanda deyilsinizsə, onlardan da uzaq durun. Çünki əksər restoranlarda bu yeməklər tələm-tələsik hazırlanır. Məsələn, ət yeməkləri ilə məşhur olan restoranda makaron sifariş versəniz, aşpazlar bu yeməyi bişirməkdə çox da təcrübəli olmadığından dadsız bir yemək yemiş olacaqsınız.



aia.az



5110 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-02-2020
20-02-2020
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
{sape_links}{sape_article}