Mobil versiya
Deputatın fantastik borcu üzə çıxdı, məhkəmə başladı
Tarix: 23-09-2019, 14:35 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Deputatın fantastik borcu üzə çıxdı, məhkəmə başladı


Deputat Rafael Cəbrayılov kredit mübahisəsinə görə yenidən məhkəməyə verilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, deputata və onun yeznəsinə qarşı iddia AG Bank ASC tərəfindən qaldırılıb. Belə ki, R.Cəbrayılov və kiçik bacısının həyat yoldaşı olan sürücüsü Talıbov Aqil Mirqasım oğlu bankdan külli miqdarda kredit götürüblər. Daha sonra isə ödənişlərdə problem yaranıb. Belə olduqda AG Bank ASC Abşeron rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsi üzrə borcun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsini tələb edib.

Hakim Ş.Nəcəfovanın sədrliyi ilə keçirilən məhkəmədə AG Bank ASC ilə Cəbrayılov Rafael Kamil oğlu arasında bağlanmış 30.05.2013-cü il tarixli, 100.LN.2105.300513.00001 saylı Kredit Müqaviləsi üzrə əsas kredit borcuna görə 1.909.350 ABŞ dolları, faiz borcuna görə 285.332.68 ABŞ dolları məbləğində və cərimə borcuna görə 2755 ABŞ dolları, ümumilikdə 2.222.232 (iki milyon iki yüz iyirmi iki min iki yüz otuz iki dollar) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti; 07.08.2013-cü il tarixli, 100.LN.1604.070813.00002 saylı kredit Müqaviləsi üzrə əsas kredit borcuna görə 300.000 manat, faiz borcuna görə 26.848.80 manat, ümumilikdə 326.848.80 (üç yüz iyirmi altı min səkkiz yüz qırx səkkiz manat 80 qəpik) manat məbləğində pul vəsaiti və 30 manat ödənilən dövlət rüsumunun cavabdeh Cəbrayılov Rafael Kamil oğlundan AG Bank ASC-nin xeyrinə tutulması, ödəmənin ipotekaya qoyulmuş Talıbov Aqil Mirqasım oğlunun mülkiyyətindəki əmlaklara, yəni:

1. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, bina 5-də ümumi sahəsi 68.5 kv.m. olan 3 saylı qeyri-yaşayış sahəsinə, (qiyməti 70 min manat qiymətləndirilib);

2. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, bina 5-də ümumi sahəsi 68.5 kv.m. olan 4 saylı qeyri-yaşayış sahəsinə, (qiyməti 70 min manat dəyərləndirilib);

3. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, bina 5-də ümumi sahəsi 578.9 kv.m. olan baxçaya; (qiyməti 580 min manat dəyərləndirilib);

4. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, bina 5-də ümumi sahəsi 371.6 kv.m. olan 7 saylı qeyri-yaşayış sahəsinə (qiyməti 450 min manat dəyərləndirilib);

yönəldilməsi, həmin qeyri-yaşayış sahələri və baxçanın açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cəbrayılov Rafael Kamil oğlunun ümumilikdə 2.222.232 (iki milyon iki yüz iyirmi iki min iki yüz otuz iki dollar) ABŞ dolları (Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 326.848.80 (üç yüz iyirmi altı min səkkiz yüz qırx səkkiz manat 80 qəpik) manat məbləğində borcunun «AGBank» ASC-nın hesabına ödənilməsi, ipoteka predmetlərinin ümumilikdə ilkin satış qiymətinin 1.491.205.69 (bir milyon dörd yüz doxsan bir min iki yüz beş dollar 69 sent) ABŞ dolları (satış günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində müəyyən edilməsi, AG Bank ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh Talıbov Aqil Mirqasım oğluna qaytarılması və ya hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cəbrayılov Rafael Kamil oğlundan tutulması, cavabdehlər Cəbrayılov Rafael Kamil oğlunun və Talıbov Aqil Mirqasım oğlunun həmin əmlaklara istifadə hüquqlarının itirilməsi və əmlakların boşaldılması barədə qərar çıxarıb.

Qərardan narazı qalan millət vəkili apellyasiya şikayəti verib. Rafael Cəbrayılov apellyasiya şikayətini onunla əsaslandırıb ki, məhkəmə cavabdehlərin iştirakını təmin etmədən birtərəfli qaydada işə baxıb və nəticədə onların məhkəmə müdafiəsi hüququnu pozub. Bundan əlavə ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən olunan məbləğdən qat-qat yüksək təyin olunub. Belə olan halda məhkəmə iş üzrə ekspertiza təyin edib həmin əmlakların real qiymətini müəyyən etməli olsa da bunu etməyib.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakim Şəmsəddin Abasov sədrliyi ilə keçirilən məhkəmədə Abşeron Rayon Məhkəməsinin 2(012)-561/18 saylı, 12 mart 2018-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişiklik etməklə qüvvədə saxlanılıb. Cavabdehlər Cəbrayılov Rafael Kamil oğlunun və Talıbov Aqil Mirqasım oğlunun Abşeron Rayon Məhkəməsinin qərarında yuxarıda qeyd olunan əmlaklara istifadə hüquqlarının itirilməsi və əmlakların boşaldılması ilə bağlı qərarındakı hissə dəyişdirilməyib.

aia.az



574 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-10-2019
21-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031