Mobil versiya
Bakının iki rayonunda qəza səbəbindən qaz kəsilib
Tarix: 17-09-2019, 09:51 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Bakının iki rayonunda qəza səbəbindən qaz kəsilib


Bu gün səhər saatlarında Bakının Xəzər rayonunda, “Binə Sovxozu” deyilən yaşayış massivində “KamAZ” markalı yük avtomobili ilə 108 mm diametrində olan qaz xətti yararsız hala salınıb.

“Azəriqaz” İstehsalat Birliyindən aia.az-a verilən məlumata görə, kəmər dayaqlardan qopardılaraq yerə salınıb. Bununla əlaqədar 350 abunəçinin qaz təchizatı dayandırılıb.

Bundan başqa, gecə saatlarında Bakının Nizami rayonunun N.Abdullayev küçəsində dairəvi formada qoşulmuş diametri 159 mm olan qaz xətti avtomobil qəzası zamanı qırılıb. Hadisəyə görə 500 abunəçinin qaz təchizatı dayandırılıb. Səhər saatlarından qazın verilişi üçün bərpa işləri sürətləndirilib.


aia.az



591 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031