Mobil versiya
Nazirlik rəsmisi: Yanğının söndürülməsində mümkün olan bütün vasitələrdən istifadə olunur
Tarix: 21-08-2019, 14:11 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Nazirlik rəsmisi:


Təəssüf ki, insanlar təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və yarana biləcək fəsadları hesablamırlar. Fikirləşmirlər ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv olur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.

A.Qaraşov deyib: “Hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəlada Hallar Nazirliklərinin əməkdaşları, FHN-nin aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi havadan suçiləmə vasitəsilə yanğının söndürülməsində iştirak edirlər. Yanğının söndürülməsində mümkün olan bütün vasitələrdən istifadə olunur".

Nazirlik rəsmisi daha sonra əlavə edib ki, artıq yanğın çərçivəyə alınıb və yaxın zamanlarda yanğının söndürülməsinə nail olunacaq: "Yanğın ümumilikdə 10 hektar sahənin daxilində talalar şəklində 5 hektar əraziyə yayılıb. Baş vermə səbəbinə gəldikdə isə yenə də insan faktorunun üzərində dayanırıq və əhaliyə bir daha müraciət edirik ki, təbiət qoynunda olarkən odla ehtiyatlı davransınlar, meşə sahələrinə, qoruqlara, milli parkların ərazilərinə daxil olarkən yanğın hadisələrinin törədilməsinə yol verməsinlər, yanğına səbəb olacaq hərəkətlərdən çəkinsinlər.

Milli parklar, qoruqlar və meşə sahələri ilə sərhəddə yerləşən kənd sakinlərindən xahiş edirik ki, belə hallara rast gəldikdə dərhal meşə mühafizə işçilərinə xəbər versinlər və onlar özləri də bu yanğınların tez bir zamanda söndürülməsində iştirak etsinlər".


aia.az



561 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30