Mobil versiya
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci – fəaliyyət dövlətin təhsil siyasətinə uyğun qurulub
Tarix: 14-06-2019, 12:16 | Saat: 15:47:00
Bölmə:Manşet / Təhsil / Seçilənlər-2 | çapa göndər

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci – fəaliyyət dövlətin təhsil siyasətinə uyğun qurulub




Texnika üzrə fəlsəfə doktoru Xaləddin Ələkbərovun rəhbərlik etdiyi kollecdə yaz imtahan sessiyasının şəffaflığını təmin etmək məqsədilə bütün tədbirlər görülmüşdür

Bu gün hər hansı bir ölkədə iqtisadi inkişafa nail olmaq üçün bir çox digər amil və göstəricilərlə yanaşı, eyni zamanda bu sahə üzrə peşəkar mütəxəssislərin mövcud olması da zəruri şərtlərdən biridir. Təbii ki, Azərbaycanın təhsil sistemində aparıcı istiqamətlərdən biri kimi də məhz iqtisadiyyat üzrə ali və orta-ixtisas təhsil müəssisələrinin fəaliyyətini qeyd etmək olar. Həm də vurğulamaq lazımdır ki, müasir idarəetmə texnologiyalarının məhz praktiki və tətbiqi istifadəsi baxımından kollec və orta ixtisas peşə məktəblərinin xüsusi rolu vardır. Bu tip müəssisələr arasında isə, sözsüz ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeri xüsusilə qeyd olunmalıdır. Heç şübhəsiz Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci hazırda ölkədə fəaliyyət göstərən çoxsaylı kolleclər arasında özünəməxsus ənənləri ilə seçilən təhsil müəssisələrindən biridir. Kollecin direktoru Texnika üzrə fəlsəfə doktoru Xaləddin Ələkbərovdur.

Fənnlər müasir metodikalar əsasında tədris olunur



Etiraf olunmalıdır ki, bu gün kolleclərdə həyata keçirilən reformaların ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapması xüsusilə diqqət yetirməli olduğumuz məqamlardan biri kimi çıxış edir. Məhz elə bu səbəbdən də, ölkəmizdə fəaliyyət göstərən kolleclərin işi, bu təhsil müəssisələrində gedən proseslər hər zaman ictimaiyyət tərəfindən xüsusi maraqla izlənir. Aydındır ki, kollec sistemində həyata keçirilən təhsil islahatlarının da effektivliyi, elə digər sahələrdə olduğu kimi, əsasən bu müəssisələrə rəhbərlik edən konkret simaların mövqeylərindən, onların bu islahatların reallaşmasında nə dərəcədə maraqlı olmalarından çox asılıdır. Bu baxımdan, bu gün Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində müşahidə olunan proseslər də, kollec rəhbərliyi tərəfindən dövlətimizin təhsil siyasətinin tamamilə düzgün qiymətləndirildiyini söyləməyə əsas verir.

Qısa arayış:

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci hələ 1977-də Pambıqçılıq Texnikumu kimi təsis olunmuşdur. Sonradan müəssisənin adı dəyişdirilərək Kənd Təsərrüfatı Texnikumu adlandırılmışdır. Nəhayət, 2002-ci ildə texnikum Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci adlandırılıb. Hazırda kollecdə məktəbəqədər təlim və tərbiyə; mühasibat uçotu; maliyyə işi; nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə); nəqliyyatda daşımaların təşkili; aqrar (fermer) təsərrüfatının təşkili ixtisasları üzrə mütəxəssislər hazırlanır.




Kollecdə tədris olunan bu ixtisaslardan hər birinin həqiqətən də ictimai həyatımızın ən müxtəlif sahələrində necə vacib bir əhəmiyyət kəsb etdiyi yəqin ki, heç kəsdə şübhə doğurmur. Deməli, əsas məsələ gənclərimizin bu ixtisaslara hansı səviyyədə yiyələnə bilmələrindədir. Bax elə bu məqamda da eyni ixtisasları tədris edən müxtəlif təhsil müəssisələri arasındakı fərq məsələsi gündəmə gəlir. Aydındır ki, yeni sosial-iqtisadi münasibətlər şəraitində məşğulluq və əmək bazarı gənc mütəxəssislərin yetişdirilməsində təhsil müəssisələrinin qarşısına yüksək tələblər qoyur. Məhz bu tələblərə cavab verə bilmək üçün Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin pedaqoji kollektivi tədris və təlim proseslərini təhsilin müasir metodları ilə həyata keçirir. Bu məqsədlə kollecdə müəllimlərin, istehsalat təlimi ustaları və tələbələrin istifadəsinə laboratoriyalar, əyani vəsaitlərlə təchiz olunmuş müasir fənn kabinetləri, zəngin kitabxana, kompüter kabineti və digər resurslar verilmişdir. Tam səmimi olaraq deyə bilərik ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təqdim olunan ixtisaslar üzrə yüksək səviyyəli tədrisin aparılması ücün müvafiq maddi-texniki baza və yüksək ixtisaslı kadr potensialı mövcuddur. Əbəs yerə deyil ki, bu gün kollecin minlərlə məzunu həm rayonun özündə, həm də ölkənin digər bölgələrində təsərrüfatın müxtəlif sahələrində uğurla çalışırlar.

İmtahan sessiyası – şəffaflıq və obyektivlik təmin edilib



Məlum olduğu kimi, hazırda ölkənin ali və orta ixtisas təhsil müəssisələrində yaz semestri üzrə imtahan sessiyasına start verilib. Artıq tələbələr də semestr boyunca aldıqları elmi biliklərə hansı səviyyədə yiyələndiklərini nümayiş etdirmək imkanı əldə ediblər. Təbii ki, hər bir imtahan sessiyasının gedişində həm tələbələri, həm də ictimaiyyəti ilk növbədə maraqlandıran məqamlardan biri biliklərin qiymətləndirilməsi prosesində obyektivliyə maksimum riayət olunması ilə bağlıdır. Qeyd edək ki, imtahanların gedişində və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə bu gün Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində də xüsusi tədbirlər görülmüşdür. Əlbəttə ki, kollecin direktoru Xaləddin Ələkbərovun bilavasitə təşəbbüsüilə və onun rəhbərliyi altında həyata keçirilən bu tədbirlər artıq başlamış yaz imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçməsini təmin edəcək. Belə ki, bu məqsədlə yaradılmış münaqişə komissiyasında imtahan bitdikdən sonra imtahanların nəticələri barədə olunan şikayətlərə baxılması və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması nəzərdə tutulub. Lakin biz inanırıq ki, sessiya dövründə, eləcə də imtahanlardan sonra münaqişə komissiyasına müraciət edənlərin sayı minimum olacaq. Bu arxayınlığın səbəbi isə çox sadədir. Məsələ bundadır ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində çalışan müəllim heyətinin və kollecin rəhbərliyinin yüksək peşəkarlığı hər hansı neqativ halın yaranmasına yol verməyəcək bir səviyyədədir.



Birmənalı olaraq demək olar ki, bu gün Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində tədrisin düzgün planlaşdırılması, tələbələrə göstərilən qayğı və diqqət, möhkəm nizam-intizam və tədris prosesinin şəffaflığı yaz imtahan sessiyasının da uğurla başa çatmasını təmin edəcək.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



5274 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031