Mobil versiya
“Xoşbəxt olsun uşaqlar”
Tarix: 07-06-2019 | Saat: 12:22
Bölmə:Manşet / Təhsil | çapa göndər

“Xoşbəxt olsun uşaqlar”



Ağdaşlı uşaqların ilk tamaşaçılarına təqdim etdikləri konsert proqramı məhz belə adlandırıldı

2019-cu il may ayının 31-də Ağdaş şəhər Habil Əiyev adına 1 saylı uşaq musiqi məktəbində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Xoşbəxt olsun uşaqlar” adlı bayram konserti təşkil edilmişdir. Hər il olduğu kimi, bu il də bu əlamətdar gün məktəbin birinci sinif şagirdlərinin böyük həvəslə hazırlaşdıqları tədbirlə qeyd olundu. Məhz bu tədbirdə birincilər il boyu öyrəndiklərini, səhnəyə ilk addımlarını ataraq, özlərinin ilk tamaşaçılarına təqdim etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbinn direktoru Rafiq İsgəndərov ilk növbədə brinciləri bayram münasibəti ilə təbrik etdi. Rafiq müəllim uşaqlara bu gün səhnədə atılan ilk addımların onları gələcəkdə dünyanın ən böyük səhnələrinə aparmasını, zəngin Azərbaycan musiqisini daha yüksəklərə qaldırmalarını arzu edərək, onlara uğurlar dilədi. Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev, rayon ictimaiyyətinin nümayəndələri, məkəb direktorları, valideynlər və bir çox başqa qonaqlar da iştirak edirdilər. Tədbir boyu bir-birindən gözəl, musiqi nömrələri, zərif rəqslər, kiçik səhnəciklər tamaşaçılar tərəfindən çox böyük maraqla qarşılandı. Tədbirdə çıxış edən valideynlər məktəbin rəhbərliyinə və müəllim kollektivinə məhz aşağı sinif şagirdləri üçün belə tədbirin hazırlanmasına və keçirilməsinə görə öz dərin təşəkkürlərini bildirdilər. Məktəbdə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir böyük atəşfəşanlıqla başa çatdı.

Vüsalə Vaqifqızı – Ağdaş şəhər

Habil Əliyev adına uşaq musiqi

məktəbinin fortepiano müəllimi













Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə