Mobil versiya
Zakir Həsənov yenidən Məhəmməd Baqeri ilə görüşdü
Tarix: 17-01-2019 | Saat: 14:59
Bölmə:Siyasət | çapa göndər

Zakir Həsənov yenidən Məhəmməd Baqeri ilə görüşdü



Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 17-də Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, görüşdə iki gün ərzində işçi qruplarda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi əməkdaşlığın digər istiqamətlərində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.

Tərəflər icra edilən tədbirləri yüksək qiymətləndirərək bu cür qarşılıqlı səfərlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Qeyd edək ki, Z.Həsənov yanvarın 16-da da M.Baqeri ilə görüşüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024