Mobil versiya
Qanunsuz tikintilərlə bağlı ən çox cinayət işi açılan rayonların SİYAHISI
Tarix: 10-08-2018 | Saat: 10:07
Bölmə:Manşet / Gündəm | çapa göndər

Qanunsuz tikintilərlə bağlı ən çox cinayət işi açılan rayonların SİYAHISI


"Son 6 il ərzində qanunsuz tikintilərlə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı 61, təqsirləndirilən şəxslərin sayı isə 89 olub".



Modern.az xəbər verir ki, bu sözləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

O qeyd edib ki, bu işlər üzrə zərərçəkmiş şəxslərin sayı 4072 nəfər, dəymiş ziyanın cəmi məbləği isə 111 625 710 manat olub: “Bu məbləğdən 48 milyon 820 min 28 manat ödənilib, 29 milyon 691 min 397 manatlıq əmlak üzərinə həbs qoyulub”.


K.Əliyev bildirib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında istintaq edilən cinayət işlərinin sayı 16, təqsirləndirilən şəxslərin sayı 20, zərərçəkmiş şəxslərin sayı isə 812-dir: “Bu şəxslərə dəymiş ziyanın məbləği 40 milyon 399 min 365, ödənilən ziyanın cəmi məbləği 30 milyon 60 min 824, əmlak üzərinə qoyulan həbs 6 milyon 12 min 367 manatdır".

O deyib ki, cinayət işləri ən çox Xətai və Yasamal rayonları ilə bağlıdır,
digər rayonlar isə Nərimanov, Binəqədi, Suraxanı, Abşeron, Nəsimi və Qaradağdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə