Mobil versiya
Rasim Balayevin "Küçə adamları efirdədir" sözlərinə müğənnilərdən reaksiya
Tarix: 04-05-2018 | Saat: 16:08
Bölmə:Aia TV | çapa göndər

Rasim Balayevin "Küçə adamları efirdədir" sözlərinə müğənnilərdən reaksiya

Xalq artisti Rasim Balayevin telekanallar və müğənnilər haqqında dediyi sözlərə məşhurlar da biganə qalmayıblar.

Adalet.az-ın məlumatına görə, aktyorun "Yeni avaz”a müsahibəsində söylədiyi "Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadı. Əxlaqsız adam mənə əxlaqdan, rüşvətxor adam mənə rüşvətdən, ağılsız mənə ağıldan dərs deyir. Nə cürə geyinib səhnəyə, ekrana çıxırlar. Yaxşı, bunların öz yiyəsi, əri, qardaşı, bacısı yoxdur. Bəs bu televiziyanın sədri yoxdur?” sözləri bir çoxlarının ürəyincə olub.

Müğənni Elnur Məmmədov aktyorun videosunu paylaşaraq telekanallara nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb:

"Vallah düz deyirsiz, əvəzolunmaz sənətkar. Çox istəyərdim senzura olsun, televiziyalar düzəlsin, bayağılığa son qoyulsun. Heç olmasa televiziyaları qoruyaq. Musiqilərimizi bayağı musiqi kimi dünyaya tanıtmaqdansa, gəlin peşəkar və əvəzsiz musiqilərimizi tanıdaq. Qeyri-peşəkar, bayağı musiqiləri yox, ölçü götürülsün”.

Müğənni Sevinc Musayeva aktyorun videosunu paylaşaraq bunları yazıb:
"Baxın, bunu böyük sənətkar dedi. Sonra deməyin ki, Sevinc, efirlərdə niyə az görünürsən? Dəfələrlə çağrıldığım verilişlərdən imtina etmişəm. Çünki savadsız və əxlaqsızlarla bir səhnəni paylaşmaq mənə yaraşmaz. Rasim Balayev, mənim demək istədiklərimi dediniz. Bəs bu telekanalların sədrləri yoxdur? Sədrlərin başı başqa şeylərə qarışıb”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024