Mobil versiya
Ermənistanın yeni prezidentinə cavab - Elə danışmasaydı, kütlə onu qovardı
Tarix: 09-04-2018 | Saat: 17:29
Bölmə:Siyasət | çapa göndər

Ermənistanın yeni prezidentinə cavab - Elə danışmasaydı, kütlə onu qovardı


Bu gün Yerevandakı Karen Dəmirçiyan adına İdman Konsert Kompleksində Ermənistanın yeni prezidenti Armen Sarkisyanın andiçmə mərasimi keçirilib. Çıxışı zamanı A.Sarkisyan Qarabağla bağlıda açıqlama verib: "Qoy heç kəsin şübhəsi olmasın ki, Qarabağın arxasında Ermənistan dayanır və bu məsələnin ədalətli həlli üçün bu gün də, sabah da mübarizə aparacaq".

Yeni prezident Qarabağ münaqişəsinin həllinin Yerevanın əsas prioriteti olduğunu da diqqətə çatdırıb.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Modern.az saytına açıqlamasında deyib ki, yeni prezidentdən fərqli çıxış gözləmək olmazdı: "Armen Sarkisyan andiçmə mərasimində nə deməlidir ki? Ondan başqa şey gözləmək olar? Ermənilər kimdir ? O ölkədə hər hansı demokratiyadan söz gedə bilməz, camaat bütün istiqamətlərdə narazılıq edir, mitinqlər keçirir. Onlardan başqa heç nə gözləmək olmaz".
B.Səfərov qeyd edib ki, andiçmə mərasimində kimliyindən asılı olmayaraq hansı erməni çıxış etsə, eyni sözləri deyəcəkdi:


"Armen Sarkisyan və ya başqasının deməyi ilə deyil ki... Bizim Ali Baş Komandanımız, əsgərlərimiz var. Biz Ali Baş Komandanın əmri ilə öz sözümüzü deyəcəyik.

Əgər Armen Sarkisyan andiçmə mərasimində Qarabağla bağlı o cür danışmasaydı, kütlə onu həmin yerdən qovardı".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024